Tuapse şəhərində partlayışlar baş verib. Yerli hakimiyyət
orqanlarının məlumatına görə, Ukrayna dronlarının kütləvi hücumu
nəticəsində itkilər var.
Media xəbərlərinə əsasən, zərbənin əsas hədəfi neft emalı zavodu
olub. Şəhərdə məktəblər müvəqqəti bağlanıb.
Aprelin 16-sı səhər saatlarında Veniamin Kondratyev sosial
şəbəkələrdə bildirib ki, Tuapsedə yaşayış evlərinə dron hücumu
nəticəsində iki azyaşlı — 5 və 14 yaşlı uşaq həlak
olub. Daha iki
nəfər isə yaralanıb.
Qubernatorun sözlərinə görə, hücum nəticəsində beş fərdi yaşayış
evi və bir çoxmənzilli bina zədələnib. Həmçinin dronların çoxsaylı
qalıqları dəniz limanı yaxınlığında yerləşən müəssisənin ərazisinə
düşüb. Kondratyev konkret müəssisənin adını açıqlamayıb.
Rusiya hakimiyyəti tərəfindən “xarici agent” kimi tanınan ASTRA
nəşri şahidlərin çəkdiyi görüntülərin təhlilinə əsaslanaraq yazır
ki, zərbə dəniz terminalı olan neft emalı zavoduna endirilib.
Tuapsedə yerləşən və Rusiyanın dövlət şirkəti Rosneft-ə məxsus olan
bu zavod 2024–2025-ci illərdə də bir neçə dəfə dron hücumuna məruz
qalmışdı.
Aprelin 16-sı Tuapse şəhərində məktəblər və digər təhsil
müəssisələri fəaliyyət göstərməyəcək. Bu barədə səhər saatlarında
bələdiyyə dairəsinin rəhbəri Sergey Boyko öz Telegram kanalında
məlumat yayıb. Onun sözlərinə görə, qərar “mövcud vəziyyətlə
əlaqədar” qəbul edilib.
Qeyd edək ki, ötən gecə Rusiyanın dron və raketlərlə Ukraynaya
qarşı da kütləvi hücumu baş verib. Kyiv və Dnipro şəhərlərində
həlak olanlar arasında uşaq da var.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.