ABŞ-ın maliyyə naziri Skott Bessent bəyan edib ki, Vaşinqton Rusiya
və İran neftinin satın alınmasına icazə verən ümumi lisenziyaların
müddətini yeniləməyəcək.
Nazirin sözlərinə görə, ABŞ Çinin də bu ölkələrdən neft alışını
dayandıracağını gözləyir. Bessent qeyd edib ki, artıq Çinin iki
bankı mümkün "ikinci dərəcəli sanksiyalar" barədə xəbərdarlıq alıb.
Əgər İran pullarının bu banklar vasitəsilə dövriyyə
olunduğu
təsdiqlənərsə, onlara qarşı sərt məhdudiyyətlər tətbiq
ediləcək.
Bessent həmçinin İran neftini alan digər ölkələrə qarşı da ikinci
dərəcəli sanksiyaların tətbiq olunma ehtimalını istisna
etməyib.
Sanksiyaların bərpası və iqtisadi təsirlər
"Politico" nəşrinin məlumatına görə, aprelin 11-də xüsusi
lisenziyanın müddəti bitdikdən sonra Rusiya neftinə qarşı
sanksiyalar yenidən qüvvəyə minib. Bu müvəqqəti lisenziya yalnız
tranzitdə olan neftin satılmasına imkan verirdi.
ABŞ administrasiyası əvvəlcə icazənin uzadılmasını müzakirə etsə
də, bir qrup senator buna kəskin etiraz edib. Onlar vurğulayıblar
ki, Rusiya təkcə son bir ay ərzində neft sövdələşmələrindən
təxminən 4 milyard dollar gəlir əldə edib.
Qeyd edək ki, sözügedən ümumi lisenziyalar İranla gərginlik və
Hörmüz boğazındakı vəziyyət fonunda neft qiymətlərinin artmasının
qarşısını almaq üçün verilmişdi. Lakin İslamabadda keçirilən
ABŞ-İran danışıqlarının uğursuzluqla nəticələnməsindən sonra
"Brent" markalı neftin qiyməti yenidən yüksələrək bir barel üçün
100 dolları ötüb.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.