ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail və Livan liderləri
aprelin 16-da danışıq aparacaqlar.
Bu, iki ölkə arasında 1993-cü ildən bəri ilk belə danışıqlar
olacaq.
İsrail və Livan İranın dəstəklədiyi "Hizbullah" qruplaşması ilə
altı həftədir gedən müharibəni dayandırmaq üçün atəşkəsə çalışır.
ABŞ bu qruplaşmanı terror təşkilatı kimi tanıyır.
"İsrail və Livan arasında bir az nəfəs alma imkanı
yaratmağa çalışırıq. İki lider uzun müddətdir, təxminən 34 ildir
danışmayıblar. Bu, sabah baş verəcək", – Tramp
aprelin 15-i gecə sosial mediada yazıb.
O, danışıqlara kimlərin qatılacağını, digər detalları
açıqlamayıb.
Livan belə danışıqlardan xəbərsiz olduğunu bildirib.
"İsrail tərəfi ilə planlaşdırılmış hər hansı təmasdan xəbərimiz
yoxdur, rəsmi kanallar vasitəsilə bu haqda bizə heç bir məlumat
verilməyib", – Trampın açıqlamalarından sonra
Livandan rəsmi mənbə AFP agentliyinə deyib.
Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hava zərbələri ilə
başlayan müharibədə aprelin 8-dən ikihəftəlik atəşkəs elan olunub.
Münaqişə Livana da keçib və hazırda döyüşlərin dayandırılması
münaqişənin həllində əsas məqamlardan biridir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.