Respublikaçıların nəzarətində olan ABŞ Senatında çoxluq İranla
müharibəni dayandırmağı nəzərdə tutan qətnamənin qarşısını alıb.
Demokratların irəli sürdüyü qətnamə müharibəni Konqres hücumlara
icazə verənədək dayandırmağı hədəfləyirdi.
Senat müharibə səlahiyyətləri ilə bağlı qətnamənin qarşısını 52-47
səs fərqi ilə alıb. Bu isə respublikaçıların prezident Donald
Trampın müharibə siyasətinə dəstəyinin qaldığını göstərir.
ABŞ və İsrailin İrana hava zərbələrinə başlamasından
altı həftədən
çox keçir. Fevralın 28-də müharibə başlayandan demokratlar artıq
dördüncü dəfədir Senatı belə bir səsvermə keçirməyə vadar edirlər.
Ancaq cəhdləri uğursuz olub. Onları Senatda bircə Kentukki
ştatından respublikaçı Rend Pol dəstəkləyir. R.Pol aşırı hərbi
xərclərə qarşı çıxır, Konstitusiyanın sərt şərhini müdafiə edir. O,
son səsvermədə qətnaməni dəstəkləyən yeganə respublikaçı olub.
Pensilvaniyadan demokrat senator Con Fetterman isə
respublikaçılarla birlikdə bu təşəbbüsün əleyhinə səs verib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.