"Basisbank" "Liberty Bank"ı satın alaraq onun səhmlərinin
95,99%-lik payına sahib olub.
Yayımlanan rəsmi bəyanata əsasən, bu tranzaksiya Gürcüstanın bank
sektorunun inkişafında mühüm mərhələ hesab olunur və bazarda yeni
imkanlar yaradır.
"Liberty Bank"ın və hökumətyönlü "İmedi" medianın sahibi İrakli
Ruxadze hələ 5 iyun tarixində "Basisbank" tərəfindən bankın satın
alınması ilə bağlı danışıqların getdiyini təsdiqləmişdi.
"Liberty Bank"ın
baş direktoru Beka Qogiçaişvili mövzu ilə bağlı
bildirib:
"Bankın əhəmiyyətli transformasiya və böyümə keçirdiyi
dövrdə 'Liberty' komandasına rəhbərlik etmək mənim üçün böyük şərəf
idi. Bankın uğurunun əsasını təşkil edən hər bir əməkdaşın
peşəkarlığına və sadiqliyinə görə minnətdaram. Əminəm ki, bu
sövdələşmə bank, onun müştəriləri və komandası üçün yeni imkanlar
yaradacaq, bu da nəticədə bank sistemini və ölkəmizin
iqtisadiyyatını gücləndirəcək".
Sanksiyalarla əlaqəsi varmı?
2025-ci il iyunun 5-də Ruxadze qeyd etmişdi ki, bankın mümkün
satışı sanksiyalarla bağlı deyil:
"Bizim bütün şirkətlərimiz satılır. Hətta deyim ki, bir
azdan Gürcüstanda yeni nəsə aldığımızı elan edəcəyik. Ona görə də
bunun sanksiyalarla heç bir əlaqəsi yoxdur. Sanksiyalarla bağlı bu
qondarma təhlükə uzun müddətdir var, biz isə çox ağıllı insanlarıq
və bu təhlükəyə necə hazırlaşmalı olduğumuzu
bilirik".
Xatırladaq ki, iyunun 4-də BMG agentliyi "Basisbank" və "Liberty
Bank" arasındakı müqavilənin bir neçə həftə ərzində tamamlanacağı
barədə məlumat yaymışdı.
Mənbə: Tabula
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.