İran 2026-cı il Dünya Kubokunda "mütləq" iştirak edəcək. Bunu FIFA
prezidenti Canni İnfantino aprelin 15-də deyib.
Yaxın Şərqdə müharibə fonunda ABŞ prezidenti Donald Tramp İran
komandasının oyunçularına "həyat və təhlükəsizliyə görə" çempionata
getməməyi tövsiyə etmişdi.
"İran mütləq gələcək. Ümid edirik ki, o vaxta qədər
sülh olacaq, bunun da mütləq köməyi dəyər", –
İnfantino ABŞ-nin CNBC telekanalına
deyib.
"İran gəlib öz xalqını təmsil etməlidir. Onlar oyuna
vəsiqə qazanıblar, oyunçular oynamaq istəyirlər", –
İnfantino əlavə edib.
İranın oyunları
İran komandasının oyunlarının Los-Anceles və Sietldə keçirilməsi
planlaşdırılır. İyunun 15-də Yeni Zelandiya, iyunun 21-də isə
Belçika ilə qarşılaşma gözlənilir. İyunun 26-da İranın Sietldə
Misirlə oyunu nəzərdə tutulur. İran növbəti mərhələyə yüksəlsə,
növbəti oyunları da ABŞ-də keçiriləcək.
İran FIFA-dan oyunlarının Meksikaya keçirilməsini xahiş edib, lakin
rədd cavabı alıb. Dünya Kubokuna ABŞ, Kanada və Meksika birlikdə ev
sahibliyi edəcək.
İnfantino deyib ki, o, bu yaxınlarda İran yığması ilə Türkiyənin
Antalya şəhərindəki təlim-məşq düşərgəsində görüşüb, futbolçular
ona oynamaq istədiklərini deyiblər.
"Onlar oynamalıdır, idman siyasətdən kənar
qalmalıdır", – İnfantino vurğulayıb.
"Biz Ayda yaşamırıq, Yer planetində yaşayırıq. Amma
başqa heç kim körpülər qurmağa və onları qorumağa inanmırsa, bunu
biz edirik", – o əlavə edib.
Sonuncu dəfə milli komandanın FIFA Dünya Kubokundan imtinası
1950-ci ildə baş verib. İkinci Dünya müharibəsindən sonra keçirilən
ilk turnirə bir neçə komanda qatılmamışdı.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.