Bu gündən Abastumaninin hava məkanı bağlandı - Qərarda nə yazılıb?

Bu gündən etibarən Abastumani üzərindəki hava məkanının keçilməsi qadağan edilib.

Bu qərar hökumətin 9 fevral tarixli Gürcüstanın hava məkanının strukturu və dizayn qaydalarının təsdiq edilməsi haqqında sənədində əksini tapıb. Sözügedən sənədlə 2018-ci ilin dekabrındakı əvvəlki qərara dəyişiklik edilib və ölkənin uçuş zonası yenidən tənzimlənib. Rəsmi məlumata əsasən Abastumanidə uçuşların məhdudlaşdırılması astronomik müşahidələrin aparılması üçün atmosferin şəffaflığının qorunması məqsədini

daşıyır.

Qərarda qeyd olunur ki, Abastumani hava məkanının keçilməsi həftənin hər günü və günün hər saatı qadağandır. Lakin bəzi istisna hallar və qurumlar üçün uçuşlara icazə verilir. Belə ki Gürcüstanın dövlət aviasiyasına məxsus hava gəmiləri axtarış-xilasetmə əməliyyatlarına cəlb olunmuş təyyarələr və məhdudlaşdırılmış zona daxilində eniş-qalxış edən texnikalar üçün bu qadağa tətbiq olunmur. Həmçinin əlverişsiz hava şəraitindən yan keçmək zərurəti və ya uçuş təhlükəsizliyi ilə bağlı digər ciddi ehtiyaclar yarandıqda da hava məkanından istifadəyə icazə verilir.

Abastumanidə hava məkanı müvəqqəti olaraq 2019-cu ildə də bağlanmışdı. O dövrdə iqtisadiyyat və dayanıqlı inkişaf naziri vəzifəsini icra edən Natia Turnava bunun beynəlxalq təcrübə olduğunu və dövlətə heç bir iqtisadi zərər vurmadığını vurğulamışdı. Nazir Abastumani rəsədxanasının 70-dən çox alimin çalışdığı unikal bir elmi mərkəz olduğunu və oradakı yüksək dəqiqlikli araşdırmalar üçün təmiz atmosferin vacibliyini qeyd etmişdi. O həmçinin bildirmişdi ki, bu cür məhdudiyyətlər Kaxetidə doluya qarşı texnikadan istifadə zamanı və ya neft terminallarının üzərində də zaman-zaman tətbiq olunur.

 

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.




 

Print ელ. ფოსტა
FaceBook Twitter Google