Hökumət bələdiyyələrə ayrılan maliyyəni 30,6 milyon lari artırıb
Gürcüstan hökuməti 16 yanvar 2026-cı il tarixli 102 saylı sərəncamına dəyişiklik edib. Həmin sərəncam regionlarda həyata keçiriləcək layihələr fondundan bələdiyyələrə vəsait ayrılmasını nəzərdə tutur. 7 aprel tarixli 713 saylı sərəncama əsasən, fondun ümumi büdcəsi 341 674 219 laridən 372 341 996 lariyə qədər artırılıb.

Layihələrin maliyyəsinin artırıldığı bələdiyyələr:
  • Zuqdidi bələdiyyəsi: maliyyə 2 596 359 lari

    artırılıb və ümumilikdə 10 639 437 lari təşkil edəcək.
  • Duşeti bələdiyyəsi: büdcə 7 592 806 laridən 10 113 131 lariyə qədər artırılıb (fərq +2 520 325 lari).
  • Tsalencixa bələdiyyəsi: ayrılan vəsait 1 911 675 lari artırılıb (ümumilikdə 5 733 030 lari).
  • Çxorotskğu bələdiyyəsi: ayrılan məbləğ 1 500 000 lari artırılıb (ümumilikdə 6 370 469 lari).
Maliyyə artımı həm mövcud layihələrin xərclərinin yenidən hesablanması, həm də plana yeni obyektlərin əlavə edilməsi ilə bağlıdır.

Duşeti bələdiyyəsində layihələrin siyahısına 7 yeni bənd əlavə olunub. İşlər aşağıdakı yaşayış məntəqələrində daxili avtomobil yollarının bərpasını əhatə edir: Mçadijvari, Çilurti, Ebnisi, Bazaleti, Gremisxevi və Lafanaantkari. Həmçinin Duşeti şəhərində Ramaz Nozadze küçəsinin bərpası planlaşdırılır.

Tsalençixa bələdiyyəsinin büdcəsinə 5 yeni layihə daxil edilib. Bunların arasında Paxulani kəndində daxili yolların bərpası və Cvari şəhərində yol infrastrukturunun qurulması da var.

Bolnisi bələdiyyəsində
layihələrin sayı dəyişməyib (25 bənd), lakin bəzi layihələrin maliyyəsi artırılıb. Məsələn:
  • Vaja-Pşavela küçəsinin bərpası — 260 956 lari (əvvəl 249 655 lari).
  • Savaneti kəndində, dəmiryolu qəsəbəsində içməli su sisteminin qurulması — 127 861 lari.
Sərəncama əsasən, bələdiyyələr layihələrin yerli büdcə hesabına da birgə maliyyələşdirilməsini təmin etməlidirlər. Maliyyə Nazirliyi isə vəsaiti görülən işlərə uyğun olaraq mərhələli şəkildə ayıracaq.

Mənbə: BusinessMedia


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google