Hökumət qəhvə, qəhvə məhsulları və qəhvə surroqatlarının istehsalı,
emalı və bazara çıxarılması üçün vahid qaydaları müəyyən edən qərar
qəbul edib.
Qərara əsasən, “Qəhvə, qəhvə məhsulları və qəhvə surroqatları
haqqında texniki reqlament” təsdiqlənib. Bu sənəd həm məhsulun
keyfiyyəti, həm də biznes operatorlarının fəaliyyəti ilə bağlı
standartları müəyyən edir.
Sənəd qəhvənin əsas kommersiya növlərinə, o cümlədən Coffea
arabica
(arabika) və Coffea canephora (robusta) növlərinə, həmçinin qəhvə
məhsullarına və qəhvə surroqatlarına şamil olunur.
Reqlament aşağıdakı sahələr üzrə tələbləri müəyyən edir:
- məhsulun növləri və keyfiyyəti;
- istehsal, emal və distribusiya
prosesləri;
- bazara çıxarılma şərtləri;
- biznes operatorlarının öhdəlikləri;
- uyğunluğun qiymətləndirilməsi
mexanizmləri.
Tənzimləmənin obyektləri kimi aşağıdakılar müəyyən edilib:
- yaşıl (xam) qəhvə;
- qəhvə məhsulları (o cümlədən qovrulmuş qəhvə və
ekstraktlar);
- qəhvə surroqatları.
Reqlament qəhvənin növlərini və onların variasiyalarını da ətraflı
müəyyən edir. Buraya arabikanın müxtəlif sortları (məsələn, Burbon,
Tipika, Katura və digər növlər), həmçinin robusta, liberika və
başqa növlər daxildir.
Sənəddə həmçinin aşağıdakılar müəyyən edilir:
- qəhvənin emal üsulları (quru və yaş
proseslər);
- məhsulun formaları — qovrulmuş, üyüdülmüş, ekstrakt və
həll olunan qəhvə;
- kofeinsiz qəhvə və qəhvə surroqatlarının
tərifi;
- qəhvə dənəsinin keyfiyyəti, qüsurları və yad
qarışıqların təsnifatı.
Bazara çıxarılan yaşıl qəhvənin üzərində minimum aşağıdakı
məlumatlar göstərilməlidir:
- məhsulun adı;
- mənşə ölkəsi;
- partiya nömrəsi;
- xalis çəki.
Bundan əlavə, müşayiət edən sənədlərdə aşağıdakı məlumatlar da
göstərilməlidir:
- emal üsulu (yuyulmuş, yuyulmamış və s.);
- istehsalçı və idxalçı;
- məhsulun yığım ili;
- rütubət göstəricisi;
- qarışıqların faiz nisbəti;
- dənənin ölçüsü (süzgəc standartlarına
görə);
- ixrac edən ölkənin səlahiyyətli orqanı tərəfindən
verilmiş uyğunluq sənədi.
Həmçinin məhsulun adının yanında onun botaniki adı da
göstərilməlidir.
Reqlament yaşıl qəhvənin keyfiyyətinə dair əsas parametrləri də
müəyyən edir:
- rütubət — maksimum 13.5% (kofeinsiz qəhvə üçün
12%);
- kül tərkibi — maksimum 5.5%;
- yad qarışıqlar — maksimum 2%;
- qüsurlu dənələr və tullantılar — maksimum 8% (robusta
və yuyulmamış arabika üçün 12%);
- kofein tərkibi — minimum 0.8%.
Məhsulda canlı həşəratlar və ya sürfələr olmamalı, həmçinin
qeyri-adi qoxu olmamalıdır.
Yeni reqlament 2026-cı il 1 sentyabrdan qüvvəyə minəcək. Eyni
zamanda, artıq bazarda olan və etiketlənmiş, lakin yeni tələblərə
uyğun gəlməyən məhsullar yararlılıq müddəti bitənə qədər satıla
biləcək, lakin 2027-ci il 1 sentyabrdan gec olmayaraq.
Hökumətin açıqlamasına görə, reqlamentin məqsədi qəhvə sektorunda
istehsaldan son satışa qədər bütün mərhələlərdə vahid standartların
tətbiqi və istehlakçı hüquqlarının qorunmasıdır.
Sənəd həmçinin bazara çıxarılan məhsulların təhlükəsizliyi və
keyfiyyətinə nəzarətin gücləndirilməsini, yerli və idxal olunan
məhsullar üçün vahid tələblərin tətbiqini nəzərdə tutur.
Mənbə: BusinessMedia
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.