Saqareco–Badiauri arasında yerləşən 17 kilometrlik yol hissəsi,
Kaxeti magistralının mühüm seqmentlərindən biri olmaqla artıq aktiv
tikinti mərhələsindədir
və regionda nəqliyyatın keyfiyyətinin əhəmiyyətli dərəcədə
yaxşılaşdırılmasını hədəfləyir. Bu barədə Gürcüstanın İnfrastruktur
Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, layihə çərçivəsində Badiauri yaxınlığında
yeni nəqliyyat qovşağı, 4 körpü, 8 yolötürücü və 86 suötürücü
borunu əhatə edən dörd zolaqlı sürətli avtomobil yolu
tikilir.
Paralel olaraq, yeni magistralın ətraf yollarla mümkün qədər
səmərəli birləşməsi üçün yerli yol şəbəkəsi də qaydaya salınır.
Hazırda torpaq yatağının və yol örtüyünün qurulması davam edir,
həmçinin süni qurğuların tikintisi intensiv şəkildə aparılır.
Yeni yolun əsas üstünlüklərindən biri yaşayış məntəqələrində
nəqliyyatın azalması olacaq. Yol beş sıx məskunlaşmış kəndi –
Toxliauri, Manavi, Çailuri, Kakabeti və Badiaurini kənardan
keçəcək. Nəticədə kəndlərin daxilində nəqliyyat axını azalacaq,
hərəkətin təhlükəsizliyi və ətraf mühitin qorunması
yaxşılaşacaq.
Magistral yol istifadəyə verildikdən sonra hərəkət məsafəsi 2
kilometr azalacaq, səfər vaxtı isə demək olar ki, yarıbayarı
qısalacaq. Eyni zamanda, yolun ötürmə qabiliyyətinin təxminən üç
dəfə artacağı gözlənilir.
Layihənin mühüm hissələrindən biri də Badiauri nəqliyyat qovşağı
yaxınlığında yeni ticarət məkanının yaradılmasıdır. Müasir və
təhlükəsiz infrastruktur yerli sahibkarlar üçün əlverişli şərait
yaradacaq və onların fəaliyyət imkanlarını genişləndirəcək.
Məlumata görə, layihə tam şəkildə satıcıların ehtiyaclarına uyğun
hazırlanıb və burada satış və parkinq sahələri, sanitar qovşaqlar,
köməkçi anbarlar, işıqlandırma və yaşıl zonalar təşkil olunacaq.
Hər bir satıcı üçün bərabər ticarət və anbar sahəsi ayrılacaq.
Ərazidə avtobus dayanacağı və müasir təhlükəsizlik sistemləri də
qurulacaq.
Yeni ticarət məkanı həm yerli sahibkarlar, həm də
Tbilisi–Bakurtsixe–Laqodexi beynəlxalq magistral yolundan istifadə
edənlər üçün asan əlçatan olacaq ki, bu da kiçik biznesin
inkişafına və regionun iqtisadi güclənməsinə əlavə dəstək
verəcək.
Nazirliyin məlumatına görə, yeni magistral müasir yol
təhlükəsizliyi standartlarına tam uyğun olacaq və işıqlandırma
sistemi ilə təchiz ediləcək.
Magistral yolun tikintisinin bu il başa çatdırılması
planlaşdırılır. Bundan sonra Kaxeti magistralının ən mürəkkəb hesab
olunan 52 kilometrlik hissəsində – Tbilisi–Saqareco–Badiauri
istiqamətində nəqliyyatın hərəkəti açılacaq.
Qeyd edək ki, Saqareco–Badiauri magistral yolu Dünya Bankından
alınmış kredit və dövlət büdcəsinin birgə maliyyələşdirilməsi
hesabına tikilir. Layihənin ümumi dəyəri 276,7 milyon lari təşkil
edir.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.