Gürcüstan Prokurorluğu külli miqdarda narkotik vasitələrin
qanunsuz əldə edilməsi, saxlanması və satışına şərait yaratma faktı
üzrə bir nəfərə qarşı ittiham irəli sürüb.
Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən
edilib ki, təqsirləndirilən şəxs sosial şəbəkələr vasitəsilə
şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə əlaqə saxlayıb və
Gürcüstan ərazisində narkotik vasitələrin satışına kömək edəcəyinə
dair vəd verib.
Təqsirləndirilən şəxs qanunsuz
yolla əldə etdiyi külli miqdarda
"Alfa-PVP" narkotik vasitəsini Rustavidə bir neçə yerə on bağlama
halında yerləşdirib. Bununla yanaşı, o, Tbilisidə xüsusi gizli
yerdə 35 bağlama halında qablaşdırılmış narkotik maddə saxlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisi və Rustavi
ərazilərindən ümumilikdə 18,4244 qram narkotik vasitə müsadirə
ediblər.
Saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və
260-cı "kvarta" maddələri ilə ittiham irəli sürülüb ki, bu da 20
ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.
Prokurorluğun vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxs
barəsində qətimkan tədbiri olaraq həbs qərarı çıxarıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.