Azərbaycan Nazirlər Kabineti 'Sea Breeze'ə Xəzərdə yer ayırdı
Azərbaycan Nazirlər Kabineti "Sea Breeze Resort" istirahət zonasında yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün Xəzər dənizində süni torpaq sahələrinin yaradılmasına icazə verib.

Baş nazirin aprelin 15-də imzaladığı qərara əsasən, sahilboyu zolağa bitişik iki süni torpaq sahəsinin yaradılması üçün ümumilikdə 55 hektar su fondu torpağı ayrılıb. Sahələrdən birinin düzbucaqlı, digərinin isə gəmi formasında olması planlaşdırılır.

Bu məqsədlə İqtisadiyyat

Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti layihənin sifarişçisi - "Nardaran Invest" MMC ilə Xəzər dənizində 55 hektarlıq süni torpaq sahəsinin icarəsinə dair müqavilənin bağlanmasını təmin etməlidir.

Layihənin icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google