Azərbaycan ilə Rusiya arasında investisiya əməkdaşlığında müsbət
dinamika müşahidə olunur.
AZƏRTAC-ın xəbərinə görə, bu barədə aprelin 16-da Azərbaycan baş
nazirinin müavini Şahin Mustafayev iki ölkə arasında
Hökumətlərarası Komissiyanın 24-cü iclasında bildirib. İclas
Azərbaycanda keçirilib.
"Rusiya investisiyalarının Azərbaycan iqtisadiyyatına yönəlmiş
ümumi həcmi 10.7 milyard ABŞ dolları təşkil edir ki, bunun 2.9
milyard dolları qeyri-neft sektorunun payına düşür",
- Ş.Mustafayev
vurğulayıb.
Azərbaycandan Rusiyaya yatırılan investisiyaların həcmi isə 1.2
milyard dollar göstərilir.
Ş.Mustafayev deyib ki, Azərbaycan Rusiya ilə münasibətlərdə
mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq
prinsiplərinə sadiq qalır:
"İkitərəfli əməkdaşlığın
inkişafı prezidentlərin siyasi iradəsi və strateji kursu əsasında
formalaşır, bütün istiqamətlər üzrə dərinləşir. Mürəkkəb regional
vəziyyətə baxmayaraq, tərəflər arasında əməkdaşlıq ardıcıl şəkildə
inkişaf edir".
Azərbaycan-Rusiya qarşılıqlı ticarəti...
O, Rusiyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri kimi
xarici ticarət dövriyyəsində mühüm yer tutduğunu bildirib. Qeyd
olunub ki, 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət
dövriyyəsi 4.9 milyard ABŞ dollarını ötüb. Cari ilin ilk üç ayında
isə qarşılıqlı ticarətin həcmi 750 milyon dollar təşkil edib.
İclasda Rusiya nümayəndə heyətinə baş nazirin müavini Aleksey
Overçuk rəhbərlik edib. Görüşün yekununda Mustafayev və Overçuk
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi
əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 24-cü iclasının
protokolunu imzalayıblar.
Protokolun detalları hələlik açıqlanmayıb.
Xatırlatma
Dörd il əvvəl, fevralın 22-də Moskvada Azərbaycan prezidenti İlham
Əliyev və Rusiya prezidenti Vladimir Putin "Müttəfiqlik qarşılıqlı
fəaliyyəti haqqında Bəyannamə' imzalayıblar. Lakin iki il öncə,
dekabrın 25-də baş vermiş təyyarə qəzası iki ölkə arasındakı
münasibətlərdə ciddi gərginliyə və qeyri-ənənəvi bəyanatlara yol
açmışdı.
"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer-190" tipli
təyyarə Bakı-Qroznı reysini yerinə yetirərkən Qazaxıstan ərazisində
qəzaya uğramış və 38 nəfər həlak olmuşdu. Azərbaycan rəsmiləri
təyyarəyə Rusiya hava məkanında müdaxilə olunduğunu və onun kursdan
çıxaraq Qazaxıstan istiqamətinə yönəldiyini vurğulayaraq hadisəyə
görə Rusiyanın məsuliyyət daşıdığını bildirirdilər. Bakı rəsmi
Moskvadan qəzaya görə məsuliyyəti etiraf etməyi, günahkarların
cəzalandırılmasını və kompensasiya ödənilməsini tələb edirdi.
Rusiya tərəfi ilkin mərhələdə üzrxahlıq etsə də, digər tələblər
uzun müddət yerinə yetirilməmiş qalırdı.
Bu gərginlik fonunda Rusiyada Azərbaycan diasporunun
nümayəndələrinə qarşı silsilə əməliyyatlar keçirildi, ölənlər və
həbs edilənlər oldu. Azərbaycan tərəfi ölüm halları ilə bağlı
cinayət işləri başlatdı. Cavab tədbiri kimi Bakıda aralarında
"Sputnik Azərbaycan"ın əməkdaşlarının da olduğu bir neçə Rusiya
vətəndaşı müxtəlif ittihamlarla saxlanıldı. İki ölkə rəhbərinin
təmaslarından sonra "Sputnik Azərbaycan"ın əməkdaşları azadlığa
buraxılsa da, bir çox məsələlərdə anlaşılmazlıqlar davam edirdi.
Nəhayət, dünən — aprelin 15-də tərəflər arasında razılığın əldə
olunduğu elan edilib.
Hər iki ölkənin Xarici İşlər nazirliklərinin yaydığı birgə sənəddə
qeyd olunur ki, tərəflər 2024-cü il dekabrın 25-də "Rusiya hava
məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari
fəaliyyəti nəticəsində" AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında
qəzaya uğraması ilə bağlı məsələlərin həlli, o cümlədən
kompensasiya ödənilməsi barədə tam razılığa gəliblər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.