Tramp: İsrail və Livan 10 günlük atəşkəsə razılaşıb
ABŞ prezidenti Donald Tramp İsrail və Livanın müvəqqəti atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Bu barədə o, özünün "Truth Social" platformasında məlumat yayıb.

Tramp Livan prezidenti Jozef Aun və İsrailin baş naziri Binyamin Netanyahu ilə "məhsuldar" müzakirələr apardığını bildirib: "Hər iki lider ölkələri arasında sülh prosesinə dəstək olaraq 10 günlük rəsmi atəşkəs elan etməyə razılaşıb. İnanıram ki,

sülh çox yaxında bərqərar olacaq".

Razılaşmaya əsasən, atəşkəs aprelin 17-si gecəyarı qüvvəyə minir. Tramp hər iki lideri danışıqlar üçün Vaşinqtona dəvət edib.

İsrail daxilində bəzi nazirlər atəşkəslə bağlı kabinetdə səsvermə keçirilməsini tələb etsələr də, baş nazir Netanyahu hələlik buna ehtiyac görməyib. O, ordunun atəşkəs dövründə strateji nöqtələrdə qalacağını vurğulayıb.

Bundan əvvəl, 1993-cü ildən bəri ilk dəfə olaraq Vaşinqtonda İsrail və Livan nümayəndələri arasında birbaşa danışıqlar keçirilib. Tərəflər sərhəd demarkasiyası və humanitar məsələlərin müzakirəsi də daxil olmaqla, dialoqu qarşıdakı həftələrdə davam etdirmək barədə razılığa gəliblər.

İsrail və Livan 1948-ci ildə İsrail dövlətinin yaranmasından bəri rəsmi olaraq müharibə vəziyyətindədir.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google