Gürcüstan Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin
Kutaisi şəhər idarəsinin əməkdaşları quldurluq ittihamı ilə
1996-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş və hazırda şərti
cəza altında olan A.X.-nı saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Kutaisidə
yaşayan tanışı, 1983-cü il təvəllüdlü N.E.-yə soyuq silah
göstərərək və onu öldürməklə hədələyərək pul və qızıl əşyalar tələb
edib.
Qurumun məlumatına
görə, hadisə yerinə daxil olan hüquq-mühafizə
əməkdaşlarına da şübhəli şəxs bıçaqdan istifadə edərək müqavimət
göstərib.
Polis tərəfindən həyata keçirilmiş operativ və istintaq tədbirləri
nəticəsində A.X. hadisədən dərhal sonra, isti izlərlə
saxlanılıb.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 179-cu və
353-cü maddələri ilə aparılır. Həmin maddələr 7 ilədək azadlıqdan
məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.