Ətraf Mühitin Mühafizəsi üzrə Nəzarət Departamentinin Acarıstan və
Quriya regional idarələrinin əməkdaşları qanunsuz
meşə istifadəsi ilə mübarizə çərçivəsində Kobuleti, Xelvaçauri və
Şuaxevi bələdiyyələrində hüquq pozuntuları aşkar ediblər.
Qurumun məlumatına görə, Leğva, Muxaestate, Çikuneti, Baratauli,
Janivri, Brili, Kidzinidzeebi və Qomarduli kəndlərində vətəndaşlar
tərəfindən müxtəlif növ ağaclar qanunsuz şəkildə kəsilib.
Ümumilikdə qanunsuz əldə edilmiş 57 ədəd dairəvi
formalı odun
müsadirə olunub. Onlardan 52-si iynəyarpaqlı ağaclara, 5-i isə
“Qırmızı siyahı”ya daxil olan şabalıd növünə aiddir.
Departamentdən bildirilib ki, təbii resursların qorunması onların
əsas prioritetlərindən biridir. Regional idarələrin əməkdaşları
dövlət ekoloji nəzarətini həyata keçirərkən qanunsuz meşə
istifadəsinin aşkarlanması və qarşısının alınmasına xüsusi diqqət
yetirirlər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.