Qum–çınqılın qanunsuz çıxarılması üzrə 25 fakt aşkarlanıb — ətraf mühitə ziyan 246 000 lariyə çatır
Ətraf Mühitin Mühafizəsi üzrə Nəzarət Departamentinin əməkdaşları 2026-cı il 1 yanvardan 31 martadək qum–çınqılın qanunsuz çıxarılması üzrə 25 fakt aşkar ediblər. Onlardan 6 hadisə cinayət tərkibli əlamətlər daşıyır.

Qurumun məlumatına görə, aşkar edilən hüquq pozuntuları nəticəsində ətraf mühitə vurulan ziyanın həcmi təxminən 246 000 lari təşkil edir. Müvafiq materiallar sonrakı reaksiya üçün aidiyyəti qurumlara göndərilib, həmçinin

hüquq pozucularından 13 ədəd xüsusi texnika müsadirə olunub.

Departamentdən bildirilib ki, qum–çınqılın qanunsuz çıxarılması ətraf mühitə ciddi ziyan vurur — çay məcralarının deformasiyasına, sahil bərkidici sistemlərin pozulmasına, torpaq eroziyasına səbəb olur, daşqın və yuyulma riskini artırır və nəticədə ekosistemlərin deqradasiyasına gətirib çıxarır.

Qurumun açıqlamasına görə, təbii resurslardan qanunsuz istifadənin qarşısının alınması, aşkarlanması və dayandırılması əsas prioritetlərdən biridir. Ekipajlar ölkə üzrə 24 saatlıq rejimdə patrul xidmətini həyata keçirir və nazirliyin 153 qaynar xəttinə daxil olan bütün müraciətlərə dərhal reaksiya verirlər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google