Marneuli bələdiyyəsinin Gənclər Şurasının təşəbbüsü ilə
“Marneuli – təmiz ətraf mühit naminə” adlı
video-müsabiqə elan olunub.
Müsabiqə Yer kürəsi günü ilə əlaqədar ekoloji həftə çərçivəsində
təqdim edilir. Yerli özünüidarəetmə orqanı tərəfindən yayılan
məlumata görə, müsabiqədə 14–29 yaş arası şəxslər iştirak edə
biləcəklər.
“Ətraf mühitimizi necə qoruya biləcəyimizlə bağlı ideyan var?
Kreativ video çək və orada nümayiş etdir: ətraf mühitin
mühafizəsinin əhəmiyyətini; problemləri və həlli yollarını;
cəmiyyət üçün şəxsi mesajları. Qalibi xüsusi hədiyyə
gözləyir”, – bələdiyyə bildirir.
İştirak şərtləri:
- Hər bir iştirakçı yalnız bir video təqdim edə
bilər;
- Videoçarxların göndərilməsi 21 aprel tarixinə qədər
mümkündür;
- Video orijinal olmalı və müəllif hüquqlarını
pozmamalıdır;
- Müddəti 3 dəqiqəni keçməməlidir;
- Məzmun yalnız ətraf mühitin mühafizəsinə aid
olmalıdır;
- Video yalnız foto albomdan ibarət
olmamalıdır;
- Video ilə birlikdə ad, soyad, yaş və əlaqə nömrəsi qeyd
edilməlidir.
Videoçarxı aşağıdakı elektron poçt ünvanına göndərmək lazımdır:
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
Hər hansı sual yarandığı təqdirdə bu nömrə ilə əlaqə saxlamaq
mümkündür:
551 34 34 54.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.