Rusiya Avropada bir sıra şirkətlərin siyahısını açıqladıqdan sonra
Çexiya rəsmi Moskvadan izahat tələb edib.
Çexiyanın xarici işlər naziri Petr Matsinka aprelin 16-da Rusiyanın
Praqadakı səfirini çağıraraq bu bəyanatları Çexiya tərəfinə izah
etməsini istəyib. Xarici İşlər Nazirliyi (XİN) bildirib ki, Rusiya
Müdafiə Nazirliyinin siyahısı və Təhlükəsizlik Şurasının sədr
müavini Dmitri Medvedevin açıqlamaları fonunda "Çexiyanın bir neçə
şirkəti… Rusiya
hücumlarının mümkün hədəfləri kimi göstərilib".
Rusiya Müdafiə Nazirliyi (MN) aprelin 15-də, əsasən, Avropa
ölkələrində yerləşən çoxsaylı şirkətlərin ünvanları yer alan siyahı
yayıb, bu şirkətlərin Ukrayna üçün hücum dronlarının istehsalına
dəstək verdiyini iddia edib. Nazirlik xəbərdarlıq edib ki, bu cür
əməkdaşlıq "bu ölkələri Rusiya ilə müharibəyə daha sürətlə cəlb
edir" və "gözlənilməz nəticələrə səbəb ola bilər".
Kreml dəfələrlə Qərbi, xüsusilə Avropanı Ukraynada müharibəni
eskalasiyaya sürükləməkdə ittiham edib. Rusiyanın işğalçı
müharibəsi artıq beşinci ildir davam edir.
Avropanın bir sıra ölkələri Ukrayna ilə müdafiə əməkdaşlığını
genişləndirmək planlarını açıqlayıb. Bu təşəbbüslərə birgə dron
istehsalı ilə yanaşı, Kiyevin döyüş meydanında dronlardan istifadə
təcrübəsinin öyrənilməsi də daxildir.
Almaniya Ukraynanın dron sənayesinə dəstəyini davam edəcəyini və
birgə istehsal layihələrinə start verəcəyini bildirib. Norveç isə
Kiyevlə əməkdaşlığı, o cümlədən Ukrayna dronlarının istehsalını
artıracağını açıqlayıb.
Rusiya Kiyev üçün dron istehsal edən Avropa şirkətlərinin
siyahısını yayıb
Aprelin 15-də Rusiya Müdafiə Nazirliyi müxtəlif ölkələrdə yerləşən
şirkətlərin siyahısını dərc edib. Nazirlik bu şirkətlərin Ukrayna
üçün zərbə dronlarının istehsalı ilə əlaqəli olduğunu bildirir.
Siyahıya 11 Ukrayna müəssisəsinin Böyük Britaniya, Danimarka,
Latviya, Almaniya, Niderland, Litva, Polşa və Çexiyadakı filialları
daxil edilib. Çexiya, İsrail, Türkiyə, İtaliya, İspaniya və
Almaniyada yerləşən daha 10 şirkət dron komponentlərinin
istehsalçısı kimi göstərilib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, bu siyahının yayımlanmasında
məqsədi Avropa ictimaiyyətini Ukrayna üçün dron istehsalı ilə bağlı
müəssisələrin ünvanları barədə məlumatlandırmaqdır.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bunu
Rusiya hərbi qüvvələri üçün "potensial hədəflərin siyahısı"
adlandırıb.
"Zərbələrin nə vaxt reallığa çevriləcəyi bundan sonra
baş verənlərdən asılıdır. Avropalı tərəfdaşlar, rahat
yatın!", – Medvedev yazıb.
Bu açıqlama Ukrayna prezidenti Volodimir Zelenskinin aprelin 14-də
Berlində Almaniya kansleri Fridrix Merts ilə görüşündən sonra
verilib. Görüşdə Kiyev və Berlin 4 milyard avro dəyərində müdafiə
paketi barədə razılığa gəliblər. Paketə "Patriot" hava hücumundan
müdafiə sistemləri üçün raketlər də daxildir.
Bundan sonra Rusiya bir daha bəyan edib ki, Ukraynaya silah
tədarükü münaqişəni yalnız uzadır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.