Neft ucuzlaşır
Aprelin 17-də dünya bazarında neft ucuzlaşıb. Buna ABŞ və İran arasında həftəsonu yeni danışıqlar gözləntisi səbəb olub. Digər səbəb İsrail ilə Livan arasında 10-günlük atəşkəsin investorlarda Yaxın Şərq münaqişəsinin sona yaxınlaşmasına ümid yaratmasıdır.

"Brent" markalı neftin fyuçersləri 1.84 dollar azalaraq bir barel üçün 97.55 dollara düşüb. ABŞ-nin "West Texas Intermediate" (WTI) markalı neft fyuçersləri isə 2.16

dollar ucuzlaşaraq 92.53 dollara enib.

İsrail-Livan atəşkəsinin müvəqqəti xarakter daşıması, İsrailin İran rejimini hədəf alma niyyəti və Hörmüz boğazının yaxın müddətdə açılma ehtimalının az olması qiymətlər üçün "dayaq" rolunu oynayır. Bunu "Reuters"ə PVM analitiki Tamaş Varqa deyib.

ING təhlilçilərinin hesablamalarına görə, Hörmüz boğazının bağlı qalması günə təxminən 13 milyon barel neft nəqlinin pozulması deməkdir.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google