Kənd Təsərrüfatı Nazirliyi aqrar islahatlar çərçivəsində yeni bir
proqramın icrasını planlaşdırır
— bu barədə qurumun yaydığı press-relizdə bildirilir.
Nazirliyin məlumatına görə, Gürcüstanın Ətraf Mühit və Kənd
Təsərrüfatı nazirinin müavini Laşa Dolidze aqrar islahat
çərçivəsində hazırlanmış proqramın əsas istiqamətlərini kənd
təsərrüfatı sektorunda fəaliyyət göstərən assosiasiyaların
nümayəndələri ilə müzakirə edib. Proqram yaxın vaxtlarda
ictimaiyyətə təqdim olunacaq.
Nazirlik bildirir ki,
Laşa Dolidze iştirakçılara islahatın
mahiyyəti barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, dövlət
artıq 10 ildən çoxdur ki, kənd təsərrüfatı sektorunun inkişafını
dəstəkləmək məqsədilə məqsədyönlü siyasət həyata keçirir və bu,
sahənin inkişafın yeni mərhələsinə keçməsi üçün zəmin yaradır.
“Bu gün assosiasiyalarla işgüzar formatda keçirilən
görüşün məqsədi də məhz budur — mövcud təcrübədən istifadə edərək
keyfiyyətcə yeni mərhələyə keçmək. Bu mərhələ həm ixrac
mövqelərinin gücləndirilməsini, həm də ölkənin ərzaq
təhlükəsizliyinə töhfə verilməsini nəzərdə tutur. Bu məqsədlərə
nail olmaq üçün bir neçə dəyişiklik planlaşdırılır və həmin
dəyişiklikləri yeni proqram vasitəsilə həyata keçirməyi
düşünürük”, — Laşa Dolidze bildirib.
Sahəvi assosiasiyaların nümayəndələri qeyd ediblər ki, bu cür
formatda aparılan dialoq səmərəli və nəticəyə yönəlmiş islahatların
icrası üçün mühüm əhəmiyyət daşıyır.
Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyində keçirilən görüşdə
nazirin müavini Laşa Avaliani, Kənd İnkişaf Agentliyinin direktoru
Zurab Gozalishvili, Kənd Təsərrüfatı Elmi-Tədqiqat Mərkəzinin
direktoru Levan Ujmajuridze və nazirliyin müvafiq
departamentlərinin nümayəndələri iştirak ediblər.
Mənbə: BusinessMedia
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.