“Gürcü Arzusu” hökumətinin baş naziri İrakli Kobaxidze Türkiyədə,
Antalya Diplomatiya Forumunun liderlər panelində çıxış edəcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş də
planlaşdırılıb – bu barədə məlumatı hökumət administrasiyasının
rəhbəri Levan Jorjoliani yayıb.
Levan Jorjolianinin sözlərinə görə baş nazirin rəhbərlik etdiyi
Gürcüstan nümayəndə heyəti Antalya Diplomatiya Forumunda iştirak
edəcək. Baş nazirə liderlər panelində çıxış etmək
imkanı veriləcək.
Bundan əlavə, panel müzakirələri olacaq, nümayəndə heyəti açılış
sessiyasına qatılacaq. İkitərəfli görüşlər də nəzərdə tutulur və
onların arasında prezident Ərdoğanla görüş də yer alacaq.
Forumun məqsədi, ölkələrin bu gün yalnız regionda deyil, bütün
dünyada mövcud olan qlobal çağırışların aradan qaldırılması üçün
maksimum əməkdaşlıq etməsidir.
Antalya Diplomatiya Forumu nədir və kimlər iştirak
edir?
Antalya Diplomatiya Forumunun (ADF2026) beşinci görüşü 17–19 aprel
tarixlərində Türkiyənin Antalya şəhərində keçirilir.
Bu ilki forumun mövzusu:
“Sabahın qurulması, qeyri-müəyyənliklərin idarə
olunması” — və o, “geopolitik gərginliklər, güc
balansının dəyişməsi, artan ticarət baryerləri və çoxtərəfli
əməkdaşlığa artan təzyiq fonunda formalaşan qlobal mühit”ə
fokuslanır.
ADF2026-da 155 ölkənin nümayəndəsi toplaşacaq. Onların arasında
20-dən çox dövlət və hökumət başçısı, 61 nazir (onlardan 52-si
xarici işlər naziri) və 15 parlament üzvü var. Ümumilikdə forumda
liderlər, diplomatlar, siyasət formalaşdıran şəxslər, akademik
çevrələrin, biznesin, medianın və vətəndaş cəmiyyətinin
nümayəndələri iştirak edəcəklər.
Regiondan İrakli Kobaxidzedən başqa, foruma Azərbaycan prezidenti
İlham Əliyev də qatılacaq. Ermənistandan isə xarici işlər nazirinin
müavini Vahan Kostantin iştirak edəcək.
Antalya Diplomatiya Forumunda Rusiya Federasiyasının xarici işlər
naziri Sergey Lavrov da iştirak edəcək. Ukrayna isə tədbirdə xarici
işlər naziri Andri Sibixanın təmsilçiliyi ilə yer alacaq.
Ənənəvi olaraq tədbir iştirakçılarına Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğan müraciət edir. O, əsas beynəlxalq çağırışlar və
mühüm regional və qlobal məsələlər üzrə Türkiyənin mövqeyini
açıqlayacaq.
Balkan ölkələrindən forumda Şimali Makedoniya prezidenti Gordana
Siljanovska-Davkova və xarici işlər naziri Timço Muçunski iştirak
edəcəklər. Rumıniyanı xarici işlər naziri Oana Toyu təmsil edəcək.
Serbiyadan isə baş nazir və xarici işlər naziri foruma
qatılacaq.
Yunanıstandan forumda 7 iştirakçı olacaq, lakin onların heç biri
hökumət üzvü deyil.
Yaxın Şərqdən Suriya adından tədbirdə prezident Əhməd əl-Şara və
xarici işlər naziri Əsəd əl-Şibani iştirak edəcəklər. İrandan isə
xarici işlər nazirinin müavini Səid Xətibzadə qatılacaq.
Forumda iştirak edən liderlər arasında Qətər əmiri Şeyx Təmim bin
Həmad Al Tani, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və
Pakistanın baş naziri Şahbaz Şərif də yer alacaq.
Mənbə: BusinessMedia
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.