Jordaniya küçəsində səki və drenaj kanalının qurulması planlaşdırılır
Marneuli şəhərində, Jordaniya küçəsində səki və drenaj kanalının qurulması planlaşdırılır. Layihənin ümumi dəyəri 1 715 870 lari təşkil edir.

İşlərin maliyyələşdirilməsi yerli özünüidarəetmənin büdcəsindən mərhələli şəkildə həyata keçiriləcək. Konkret olaraq, 2026-cı ilin büdcəsindən 750 000 lari ayrılıb ki, bu da ümumi dəyərin 44%-ni təşkil edir, 2027-ci il büdcəsindən isə 965 870 lari – ümumi məbləğin 56%-i

maliyyələşdiriləcək.

Bərpa sahəsi Marneuli şəhərinin mərkəzi küçələrindən birini əhatə edir. Tender sənədlərinə əsasən, küçənin sol tərəfi boyunca dəmir yolu xətti, sağ tərəfində isə yaşayış evləri və çoxsaylı kommersiya obyektləri yerləşir.

“Mövcud infrastruktur əhəmiyyətli yenilənməyə ehtiyac duyur. Hazırda bu hissədə səki yoxdur, drenaj sistemi qaydasında deyil, xarici işıqlandırma şəbəkəsi zədələnib, dəmir yolu xətti ilə avtomobil yolu arasında isə metal təhlükəsizlik baryerinin (mühafizə çəpərinin) qurulması zəruridir”, – deyə təsvirdə qeyd olunub.

Layihə çərçivəsində müxtəlif hazırlıq və tikinti işləri planlaşdırılır. Bunlara daxildir:
  • Fərdi əmlakların yaxınlığındakı mövcud beton plitələrin və asfalt-beton örtüyünün sökülməsi;
  • Zədələnmiş bordürlərin və dəmir-beton novların sökülməsi;
  • Mövcud boruların – dəmir-beton, asbest və plastik boruların sökülməsi;
  • Ağacların aşağı budaqlarının budanması və formaya salınması;
  • Tikinti tullantılarının xüsusi poliqona daşınması.
Tenderdə iştirak etmək istəyən şirkətlər 28 maydan 2 iyuna qədər olan müddətdə müraciət edə bilərlər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google