Sarpi və Kutaisi hava limanında bəyan edilməmiş qızıl və brilyantların ölkəyə gətirilməsi ilə bağlı 5 faktın qarşısı alınıb
Gürcüstan Maliyyə Nazirliyi Gəlirlər Xidməti-nin gömrük əməkdaşları Sarpi Gömrük Keçid Məntəqəsi və Kutaisi Beynəlxalq Hava Limanı gömrük keçid məntəqələrində külli miqdarda bəyan edilməmiş qızıl məmulatlarının ölkəyə gətirilməsi cəhdinə dair 5 faktı aşkar edərək qarşısını alıblar.

Cari ilin 1–13 may tarixlərində aparılan nəzarət tədbirləri zamanı şübhə əsasında yoxlanılan Gürcüstan və xarici ölkə vətəndaşlarının həm şəxsi üzərində, həm

baqajlarında, həm də avtomobillərində ümumilikdə 364 qram çəkidə bəyan edilməmiş qızıl məmulatları və 48 ədəd brilyant daş aşkar edilib.

Aşkar edilən bəyan edilməmiş malların ümumi gömrük dəyəri 122 min 368 lari təşkil edib.

Üç hüquq pozuntusu ilə bağlı materiallar əlavə araşdırma üçün Gürcüstan Maliyyə Nazirliyi İstintaq Xidmətinə göndərilib, iki şəxs isə Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə əsasən ümumilikdə 17 min 157 lari məbləğində cərimələnib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google