Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi İraq hava məkanından ölkə
ərazisinə daxil olan üç pilotsuz uçuş aparatının (PUA) məhv
edildiyini açıqlayıb.
Nazirliyin rəsmisi general-mayor Türki əl-Maliki mayın 17-də bəyan
edib ki, Krallıq öz suverenliyinə, təhlükəsizliyinə və
vətəndaşlarına yönələn istənilən təhdidə cavab vermək hüququnu
özündə saxlayır və bunun üçün bütün zəruri tədbirləri görəcək.
Dronların hansı qruplaşma tərəfindən buraxıldığı hələlik
məlum
olmasa da, İraq ərazisində İranla müttəfiq olan çoxsaylı silahlı
birləşmələr fəaliyyət göstərir. Həm İranyönümlü, həm də anti-İran
qüvvələrin yerləşdiyi İraq tez-tez ABŞ və İsrailin İranla münaqişə
poliqonuna çevrilir.
Bu hadisədən az əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı
Əbu-Dabidə yerləşən "Barakah" atom elektrik stansiyasına da PUA
hücumu təşkil olunub və obyektdə yanğın baş verib. Beynəlxalq Atom
Enerjisi Agentliyi (BAEA) bu hücumu kəskin pisləyərək, nüvə
təhlükəsizliyinə qarşı hərbi fəaliyyətləri "qəbuledilməz"
adlandırıb.
Səudiyyə Ərəbistanı və BƏƏ, adətən, İranın ABŞ və İsrailin hava
zərbələrinə cavab olaraq həyata keçirdiyi raket və dron
hücumlarının hədəfinə çevrilir. Bu zərbələr aprelin əvvəlində elan
edilmiş atəşkəs dövründə də səngiməyib. Mediada hər iki Körfəz
ölkəsinin İran ərazisindəki hədəflərə cavab zərbələri endirdiyi
iddia edilsə də, nə Ər-Riyad, nə də Əbu-Dabi bu xəbərləri rəsmən
təsdiqləyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.