Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya
Agentliyinin əməkdaşları Tbilisidə həyata keçirilən
əməliyyat-axtarış və istintaq tədbirləri
nəticəsində mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq,
saxta sənədlərin hazırlanması və istifadəsi, eləcə də qanunsuz
gəlirlərin leqallaşdırılması faktları üzrə ümumilikdə 8 nəfəri
cinayət məsuliyyətinə cəlb ediblər. Onlardan iki nəfərə ittiham
qiyabi qaydada irəli sürülüb və barələrində axtarış elan
olunacaq.
İstintaq “Gürcüstan Dəmir Yolları” ASC-nin keçmiş
rəhbər heyətinin
fəaliyyəti dövründə həyata keçirilmiş əvvəlcədən təşkil olunmuş
korrupsiya sxemi ilə bağlıdır. Məlumata görə, dövlətə məxsus böyük
həcmdə əmlak dələduzluq yolu ilə mənimsənilib və sonradan ona
qanuni forma verilib.
Araşdırmalarla müəyyən edilib ki, 2019-cu ilin payızında “Gürcüstan
Dəmir Yolları”nın o zamankı baş direktoru David Peradze tərəfindən
mütəşəkkil cinayətkar qrup yaradılıb. Qrupun məqsədi şirkətə məxsus
qara metalın toplanması, daşınması və satışı zamanı onun real
həcminin müəyyən edilməsini mümkünsüz etmək və sənədləşdirmə yolu
ilə ona rəsmi xarakter vermək olub.
İstintaqa əsasən, prosesə şirkətin keçmiş və hazırkı əməkdaşları,
eləcə də bir sıra sahibkar subyektlər cəlb edilib. Onların
nəzarətində olan şirkətlər vasitəsilə tenderlər keçirilir, həmin
tenderlər əsasında metalın daşınması və emalı həyata
keçirilirdi.
Daha sonra dəmir yolu ərazilərindən metal tez-tez sayılmadan
çıxarılıb, eyni zamanda saxta sənədlər hazırlanaraq onun mənşəyinə
rəsmi görkəm verilib.
2020–2021-ci illərdə bu sxem nəticəsində 22 120 ton qara metalın
dələduzluq yolu ilə mənimsənildiyi, onun satışından əldə edilən
vəsaitin isə 17 391 121 lari təşkil etdiyi bildirilir. Vəsait
müxtəlif şirkətlərin hesablarına toplanaraq qrup üzvləri arasında
bölüşdürülüb.
İş üzrə ikinci epizod da müəyyən edilib – 2022-ci ildə relslərin
təmiri işləri üzrə bağlanmış müqavilə çərçivəsində qəbul-təhvil
aktlarında görülən işlərin həcmi süni şəkildə artırılıb. Nəticədə
podratçı şirkət 403 844 lari həddindən artıq vəsait əldə edib.
İstintaqın məlumatına görə, ümumi cinayət sxemində saxta rəsmi və
vergi sənədlərindən istifadə olunaraq qanunsuz gəlirlərin
leqallaşdırılması həyata keçirilib.
İş üzrə araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 180-ci, 194-cü,
210-cu və 362-ci maddələri ilə aparılır və bu əməllərə görə 9 ildən
12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Antikorrupsiya Agentliyi araşdırmanın davam etdiyini və cinayətkar
qrupun digər üzvlərinin müəyyən edilərək məsuliyyətə cəlb olunması
istiqamətində tədbirlərin görüldüyünü bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.