“Gürcü Arzusu” və “Xalqın Gücü” arasındakı fikir ayrılığı Daur İsmayılovu postundan düşürə bilər – İmamquliyev

Marneulili siyasətçi Əhməd İmamquliyev bəyan edir ki, bələdiyyədə yeni seçkilərə hazırlıq başlana bilər və hazırkı mer Daur İsmayılov vəzifəsindən kənarlaşdırıla bilər.


Onun sözlərinə görə, bu məsələ ilə bağlı hakim partiyaya yaxın qruplarda daxili siyasi müzakirələr aparılır.

İmamquliyev bildirir ki, söhbət hakim qüvvələrin – “Gürcü Arzusu” və “Xalqın Gücü” partiyaları arasında mövcud olan qarşıdurmadan gedir və

bu qarşıdurma, onun qiymətləndirməsinə görə, Marneuli siyasətinə də təsir edib. O, qeyd etdi ki, merin fəaliyyətindən narazılıq artır və onun dəyişdirilməsi imkanları nəzərdən keçirilir ki, bu da, onun izahına görə, yeni seçkilərin keçirilməsi demək ola bilər.

“Bu məlumat qeyri-rəsmidir, lakin etibarlıdır. Çünki bu məlumat “Gürcü Arzusu” və “Xalqın Gücü” partiyalarından sızıb. Yəni daxildə bu söhbətlər gedir. Biz yaxşı bilirik ki, “Xalqın Gücü” və “Gürcü Arzusu” bu gün mərkəzi səviyyədədir və bu qarşıdurma Marneuliyə də keçib. Marneulidə bizim sözdə merin fəaliyyətsizliyinə görə onu dəyişdirməyi düşünürlər. Dəyişmək isə o deməkdir ki, seçkilər yenidən keçirilməlidir. Bu post seçkili postdur. Daur İsmayılov merin nə demək olduğunu və onun vəzifəsinin nədən ibarət olduğunu ümumiyyətlə bilmir. Artıq doqquzuncu aydır ki, bu postdadır, lakin o, hətta öz müavinlərini belə özü seçə bilməyib. Mənim məlumatıma görə, bu ay qərar qəbul etməlidirlər. O da mümkündür ki, “Xalqın Gücü” və “Gürcü Arzusu” öz aralarında razılığa gəlsinlər və “Gürcü Arzusu”ndan müavinlər təyin etsinlər, hansı ki, onlar Marneulinin idarəçiləri olacaqlar. Mən belə düşünürəm. Bu ayın sonunda hər şey aydın olacaq”, – Əhməd İmamquliyev “Marneuli” radiosuna bildirdi.

İmamquliyev həmçinin qeyd edir ki, siyasətdə aktivləşmək istəyir və gələcəkdə mer postu da daxil olmaqla, özünü “xalqın nümayəndəsi” kimi görür.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google