İyulun 17-nə keçən gecə Rusiya qoşunları Odessaya raket zərbəsi
endirib. İki nəfər həlak olub.
Ölənlərdən birinin hücum zamanı uşaqları ilə parkda gəzən qadın
olduğu bildirilir.
Zərbə nəticəsində 11 yaşayış binası, bir neçə avtomobil zədələnib.
Son məlumata görə, 10 nəfər yaralanıb, onların arasında iki uşaq da
var.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya ötən gecə
Ukraynaya
radiolokasiya əleyhinə bir X-31P raketi, yeddi X-59/69
raketi və 130 dron buraxıb. Ukrayna ordusu beş idarəolunan raketi
və 115 dronu vurduğunu bildirib. Bu məlumatları müstəqil mənbələr
təsdiqləməyib.
Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, Odessa vilayətinə "hava
bazalı yüksək dəqiqlikli silahlar və zərbə dronları" ilə hücum
edib. Nazirliyin iddiasına görə, Odessa və Çernomorsk limanlarında
liman infrastrukturu obyektləri, dron istehsalı və yığılması
sexləri, həmçinin yanğınsöndürmə kateri vurulub.
Son vaxtlar Rusiya ordusu demək olar ki, hər gün Ukraynanın
limanlarına və gəmilərinə zərbələr endirir. Bu hücumlar nəticəsində
üçüncü ölkələrin bayraqları altında üzən gəmilərin bir neçə ekipaj
üzvü həlak olub.
Ukrayna Qara dənizdə 12 gəminin vurulduğunu
bildirib
Ukrayna hərbçiləri iyulun 17-nə keçən gecə Kerçdəki dəmir yolu
stansiyasına zərbə endirdiklərini, həmçinin Qara dənizdə yük
gəmiləri və tankerlərə hücum etdiklərini bildiriblər.
Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi ("Madyar")
Qara dənizdə 9 yük gəmisinin, bir tankerin, bir qazdaşıyan gəminin
və bir yedək gəmisinin zədələndiyini açıqlayıb.
Onun sözlərinə görə, iyulun 6-dan 17-dək Rusiyanın "kölgə
donanması"na məxsus 159 gəmi vurulub. Bunlardan 117-si Azov
dənizində, 42-si isə Qara dənizdə olub.
Rusiya Müdafiə Nazirliyi ölkə üzrə, eləcə də ilhaq olunmuş Krım,
həmçinin Azov və Qara dəniz üzərində ümumilikdə 243 Ukrayna
dronunun vurulduğunu açıqlayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.