Gomis mətə kurortu yolunda mikroavtobusun dərəyə aşması nəticəsində
xəsarət alan 11 sərnişin Batumi Respublikan Xəstəxanasında müalicə
olunur.
Həkimlərin verdiyi məlumata görə, yaralıların səhhəti
stabildir.
"Bütün yaralıların, o cümlədən 6 uşağın səhhəti stabildir, onların
həyatı üçün təhlükə yoxdur", — deyə Batumi Respublikan
Xəstəxanasının direktor müavini Qia Kikabidze "Batumelebi" nəşrinə
bildirib.
O, həmçinin əlavə edib ki, hazırda biri uşaq
olmaqla iki pasiyent
reanimasiya şöbəsində qalır, lakin həkimin sözlərinə görə, onların
neyrocərrahi əməliyyata ehtiyacı olmayacaq.
"Konservativ müalicə davam edir... Əsasən qan-sızmalar (əziklər) və
baş beynin silkələnməsi xəsarətləri var", — deyə Qia Kikabidze qeyd
edib.
Məlumata görə, xəsarət alanlar Belarus vətəndaşlarıdır.
Mikroavtobusun dərəyə aşması nəticəsində 4 sərnişin hadisə yerində
həlak olub.
Bu, cari ildə Gürcüstanda turist mikroavtobusunun qəzaya uğraması
və insan tələfatı ilə nəticələnən artıq üçüncü haldır.
Mənbə: batumelebi.netgazeti.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415