Almaniya kansleri Fridrix Merts deyir ki, ifrat sağçı "Almaniya
üçün Alternativ" (AfD) partiyasının son seçkidəki qələbəsi onun
Xristian Demokrat İttifaqını (CDU) kökündən sarsıdıb. Kanslerin
fikrincə, bu, ciddi nəticələr çıxarmağın zəruriliyini göstərib.
Xəbəri sentyabrın 7-də "Bild" qəzeti yayıb.
AfD ölkənin şərqi Saksoniya-Anhalt əyalətində seçkilərdə qələbə
qazanıb.
"Bu, partiyamızı təməllərinə qədər sarsıdır. Əvvəlki
kimi davam edə bilmərik, nə mən, nə də federal
hökumət", – qəzet Mertsin belə dediyini yazır.
AfD Saksoniya-Anhalt seçkilərində qalib gəlir
Almaniyanın sağçı populist "Almaniya üçün Alternativ" (AfD)
partiyası ilk dəfə regional parlament seçkilərində inamlı qələbə
qazanıb. Sentyabrın 6-da Saksoniya-Anhalt federal torpağında
seçkilər keçirilib. ARD media şirkətinin keçirdiyi ekzit-polun
nəticələrinə görə, seçicilərin 44.4 faizi "Almaniya üçün
Alternativ"ə səs verib.
AfD-nin əsas rəqibi olan Xristian Demokrat İttifaqı/Xristian-Sosial
İttifaqı (XDİ/XSİ) bloku böyük fərqlə ikinci yerdədir: o, səslərin
18.4 faizini toplayır. 5 faizlik baryeri keçən digər partiyaların
heç biri 10 faizdən çox səs qazana bilməyib. Rəsmi nəticələr bu gün
sentyabrın 7-də səhər saatlarında açıqlanacaq.
Beləliklə, AfD Saksoniya-Anhaltın regional parlamentində 83 deputat
yerindən 39-nu əldə edəcək. Mütləq çoxluq qazanmaq üçün partiyanın
cəmi üç mandatı çatmır. Bu səbəbdən AfD regional parlamentə
(landtaq) keçən partiyalardan biri ilə koalisiya yaratmalı olacaq.
Məsələ ondadır ki, Almaniyanın digər parlament partiyaları 2020-ci
illərin əvvəllərində AfD ilə hər hansı əməkdaşlıqdan imtina barədə
razılığa gəliblər.
AfD-nin həmsədri Alis Vaydel isə AfD-nin hökuməti formalaşdırmaq
üçün aydın mandat aldığını bildirib.
Müşahidəçilər seçici fəallığının 76.5 faiz olduğunu deyirlər. Bu,
1990-cı ildən bəri ən yüksək göstəricidir.
"Reuters" yazır ki, seçkinin nəticəsi kansler Fridrix Mertsin
mühafizəkarlarına sarsıdıcı məğlubiyyət yaşadıb, Almaniyada hakim
koalisiyanın nə dərəcədə nüfuzdan düşdüyünü göstərib.
AfD artıq ölkə miqyasında ən populyar partiyadır, öz siyasi
proqramını gerçəkləşdirmək üçün möhkəm dayaq qazanmağa çalışır.
Partiyanın proqramına immiqrasiyanın kəskin məhdudlaşdırılması,
Rusiya ilə əlaqələrin bərpası, Ukraynaya dəstəyin azaldılması və
avrodan imtina daxildir. Partiya Almaniyanın miqrasiya siyasətinin
sərtləşdirilməsini, təhsil sahəsində daha mühafizəkar normaların
tətbiqini tələb edir.
AfD Kremldən maliyyə dəstəyi almaqda şübhəli bilinir. Partiyanın
deputatları Rusiyada Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu,
"Vahid Rusiya" partiyasının simpoziumları kimi tədbirlərdə iştirak
edirlər.
2023-cü ildə Almaniya Federal Konstitusiyanı Müdafiə İdarəsi
AfD-nin Saksoniya-Anhalt təşkilatını "ifrat sağçı" elan edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.