Sentyabrın 14-də naməlum şəxslər sünni bəluc ruhani Yusif Qorqici
İranın cənub-şərqindəki
Sistan-Bəlucistan ostanının inzibati mərkəzi Zahidan şəhərində,
evinin qarşısında güllələyərək öldürüblər.
Bu, İranda bir həftədən də az müddətdə öldürülən ikinci sünni
ruhanidir.
Sentyabrın 9-da sünni kürd din xadimi Məhəmməd Nəzhəti İranın
şimal-qərbindəki Qərbi Azərbaycan ostanında öldürülüb.
İranın dövlət mediasına görə, iyulun 20-də Sistan və Bəlucistanda
digər bir sünni ruhani - Məhəmməd Ənvər Riqi də naməlum silahlılar
tərəfindən qətlə yetirilib.
Hər üç din xadiminin İran hökumətinin tərəfdarı olduğu bildirilir.
Qətllərə görə məsuliyyəti heç
bir qrup öz üzərinə götürməyib.
Dövlətə məxsus "Mehr" xəbər agentliyi Qorqici "hökumətyönlü sünni
ruhani" kimi təqdim edib, heç bir sübut və ya detal vermədən onun
qətlində "sionist muzdluları" günahlandırıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH isə yaydığı
bəyanatda Nəzhətinin Qərbi Azərbaycan ostanındakı qətlinə görə
"sionist-amerikayönümlü kürd separatçı qrupları" ittiham edib.
Pakistan və Əfqanıstanla həmsərhəd Sistan və Bəlucistan, eləcə də
İranın Türkiyə və İraqla sərhədləri yaxınlığında yerləşən Qərbi
Azərbaycan ostanında çoxsaylı etnik və dini azlıqlar yaşayır.
Hər iki bölgədə uzun illərdir silahlı qiyamlar baş verir, İran
dövləti ilə əlaqəli şəxslər hədəfə alınır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.