Avropa Parlamenti Gürcüstanla bağlı növbəti tənqidi qətnamə qəbul edib

Avropa Parlamenti oktyabrın 8-də keçirilən plenar iclasında Gürcüstanla bağlı növbəti tənqidi

qətnaməni – "Gürcüstanda hakim 'Gürcü Arzusu' partiyası tərəfindən müxalifət partiyalarının qadağan edilməsi cəhdləri haqqında" sənədi qəbul edib.

Qətnamənin lehinə 445 Avropa Parlament üzvü səs verib, 37 nəfər əleyhinə olub, 97 deputat isə tərəfsiz qalıb.

Beş siyasi qrup tərəfindən razılaşdırılmış qətnamədə müxalif siyasi partiyaların qadağan edilməsi cəhdi tənqid olunur. Qətnamənin təşəbbüskarları bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə təqdim edilmiş iddianın geri götürülməsini tələb edirlər.

Avropa Parlament üzvləri hesab edirlər ki, müxalifət partiyalarının qadağan edilməsi prosesi "Gürcü Arzusu"nun Gürcüstanı "birpartiyalı rejimə" çevirmək məqsədi daşıyan daha geniş strategiyasının bir hissəsidir.

Qətnamədə bu yanaşma Rusiya və Belarus modelinə bənzədilib.
Sənəddə həmçinin Konstitusiya Məhkəməsinin müstəqilliyi ilə bağlı narahatlıq ifade olunur. Avropa parlamentariləri qeyd edirlər ki, sentyabrın 23-də məhkəməyə yeni hakimlərin təyin edilməsi davam edən proseslə bağlı "ciddi şübhələr" yaradıb.

Alman fondlarının bağlanması ilə bağlı narahatlıq
Qətnamə layihəsi Gürcüstanda Almaniya siyasi fondlarının fəaliyyətinin məhdudlaşdırılması məsələsinə də toxunur.

Sənəddə bildirilir ki, "Gürcü Arzusu"nun qəbul etdiyi qanunvericilik dəyişikliklərinə görə, 2026-cı il sentyabrın 30-da iki Almaniya fondu Tbilisidəki ofislərini bağlamaq məcburiyyətində qalıb.

Bunlar Konrad Adenauer və Fridrix Naumann fondlarıdır.

Almaniyanın Gürcüstandakı səfiri Barbara Foss oktyabrın 2-də bəyan edib ki, Gürcüstanda fəaliyyət göstərən hər dörd Almaniya fondu "fəaliyyətini müvəqqəti dayandırmağa məcbur olub".

"Siyasi məhbusları azad edin"
Avropa parlamentariləri qətnamədə Gürcüstanın müxalifət partiyalarını qadağan etmək

cəhdini "şiddətlə qınayır" və konstitusiya iddiasının dərhal geri götürülməsini tələb edirlər.

Onların bəyanatına görə, mövcud siyasi müxalifət demokratiyanın vacib dayağıdır və onun məhkəmə yolu ilə ləğvi demokratiya ilə bir araya sığmır.

Qətnamə layihəsində həmçinin bütün "siyasi məhbusların", o cümlədən Elene Xoştariya, Mziya Amağlobeli, Mixeil Saakaşvili, Giorgi Baramidze və Nika Meliyanın dərhal və qeyd-şərtsiz azad edilməsi çağırışı yer alır.

Avropa parlamentariləri "sabotajla bağlı siyasi motivli ittihamların" ləğv olunmasını və davam edən cinayət işinin dayandırılmasını tələb edirlər.

Parlament Komissiyadan yenidən sanksiyalar tələb edir
Qətnamə layihəsində Bidzina İvanişvili, İrakli Kobaxidze, Şalva Papuaşvili və Kaxa Kaladze konkret olaraq qeyd olunur – Avropa parlamentarilərinin fikrincə, bu şəxslərə qarşı sanksiyalar və viza qadağaları tətbiq edilməlidir.

Sənədlə Avropa Parlamenti "gürcü xalqının Avropaya inteqrasiya canfəşanlığına Avropa Parlamentinin dəstəyini" bir daha təsdiqləyir.

"Saman dəyərindədir" – "Gürcü Arzusu"
Avropa Parlamenti son illər ərzində Gürcüstanda demokratiyanın vəziyyətini, qanunun aliliyini və Aİ-yə inteqrasiya yolundakı çağırışları tənqid edən bir çox analoji qətnamələr qəbul edib.

"Gürcü Arzusu" liderləri 2022-ci ildən bəri Avropa Parlamentinin hakimiyyəti tənqid edən hesabat və qətnamələrini ölkənin daxili işlərinə müdaxilə cəhdi adlandırırlar.

"Gürcü Arzusu" bəyan edir ki, qətnamələrin, – o cümlədən üzv ölkələri Bidzina İvanişviliyə sanksiya tətbiq etməyə çağıran sənədlərin – "saman qədər dəyəri var".

Hətta liderlərin sözlərinə görə, istər Avropa Parlamentinin, istərsə də Avropa Şurası Parlament Assambleyasının oxşar qətnamələri "Gürcüstanın dövlətçilik ideyasına hücumdur".

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google