Kvemo Kartli regional polis idarəsinin təcridxanasından çıxarkən
Abazovun vəkili Zviad Asatiani bəyan edib.
O, deyib ki, Abazov özünü kifayət qədər yaxşı hiss edir.
Prokurorun ittihamını qəbul edib etməməsi ilə bağlı suala cavab
olaraq vəkil deyib ki, onun müdafiə etdiyi şəxs susma hüququndan
istifadə edir. Prokurorluq ilkin həbs qətimkan tədbirinin seçilməsi
üçün məhkəməyə bu gün müraciət edəcək.
Marneuli meri Temur Abazov dünən saxlanılıb. Onun saxlanılması
Marneuli sakininə qarşı qeyri-insani və alçaldıcı rəftar faktı ilə
bağlıdır. Hadisə ilə bağlı Gürcüstan prokurorluğu araşdırma
aparır.