Xəbərlər
Daxili İşlər Nazirliyi Poniçala və Qaracalarda narkotik satışı ilə məşğul olan 7 şəxsi saxlayıb
Daxili İşlər Nazirliyinin Cinayətkarlıqla Mübarizə Polisi Departamentinin Narkotiklərin Qanunsuz Dövriyyəsi ilə Mübarizə Baş İdarəsinin əməkdaşları bu ilin 13-16 iyul tarixlərində hakimin qərarı əsasında Tbilisidə, Poniçala qəsəbəsində və Qardabani rayonunun Qaracalar kəndində keçirdiyi irimiqyaslı əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və satılması ittihamı ilə 7 şəxsi saxlayıb.

Onlar tərəfindən törədilmiş cinayətlər üçün 8 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulur.
İstintaq çərçivəsində hüquq mühafizə orqanlarının əməkdaşları müxtəlif zamanlarda verilmiş məhkəmə qərarı əsasında həmin şəxslərdən bir neçə dəfə narkotik vasitələrin alınmasını və bu prosesin video yazısının qeydə alınmasını həyata keçirmişlər.

Saxlanılmış şəxslərin evlərinin axtarışı nəticəsində hüquq mühafizəçiləri 18 bağlama “heroin” narkotik vasitəsi, 2 tapança, ov tüfəngi, içində “heroin” narkotik vasitəsi olan 2 ədəd insulin şprisi, içində “heroin” narkotik vasitəsinin çöküntüsü olan şüşə qab, tərkibində “Buprenorfin” narkotik maddəsi olan “Suboteks” preparatı, 10 010 lari, 26 200 ABŞ dolları və 65 000 Rusiya rublu müsadirə ediblər.

Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 4-cü hissəsi, 5-ci hissəsinin “b” və 6-cı hissəsinin “a” altbəndi ilə istintaq davam edir. Həmin maddə qrup tərəfindən külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi-saxlanılması-satılmasını nəzərdə tutur.
Mənbə: police.ge

FaceBook Twitter Google
მსგავსი სიახლეები
Daxili İşlər Nazirliyinin Tbilisi Polis
Departamentinin Qldani-Nadzaladevi bölməsinin əməkdaşları Qldanidə
“Ori Nabici” mağazasının qarət edilməsi və mağazanın yanıdırlması
faktı ilə bağlı bir nəfəri – 1993-cü ildə anadan olmuş M.M.-ni
saxlayıb.
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi bölməsinin əməkdaşları Qldanidə “Ori Nabici” mağazasının qarət edilməsi və mağazanın yanıdırlması faktı ilə bağlı bir nəfəri – 1993-cü ildə anadan olmuş M.M.-ni saxlayıb.
Qədim Tbilisidə, Qavlaşvili küçəsində, yaşayış
evinin eyvanı və damı çöküb.
Qədim Tbilisidə, Qavlaşvili küçəsində, yaşayış evinin eyvanı və damı çöküb.
DİN
övladının qətlində ittiham olunan, yetkinlik yaşına çatmamış anayla
cinsi əlaqə ilə bağlı istintaqa başlayıb.
DİN övladının qətlində ittiham olunan, yetkinlik yaşına çatmamış anayla cinsi əlaqə ilə bağlı istintaqa başlayıb.
Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty
İnternational UEFA-nı (Avropa Futbol Assosiasiyasiyaları
Birliyi)
Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty İnternational UEFA-nı (Avropa Futbol Assosiasiyasiyaları Birliyi)
Gürcüstan prezidenti Salome Zurabişvili hesab
edir ki, ölkənin birinci şəxsləri prezident təqaüdündən istifadə
etməlidirlər,
Gürcüstan prezidenti Salome Zurabişvili hesab edir ki, ölkənin birinci şəxsləri prezident təqaüdündən istifadə etməlidirlər,
DTX-nin Rüşvətxorluqla Mübarizə Agentliyi və
Tbilisi Şəhər Meriyasının Daxili Audit və Monitorinq Xidmətinin
əməkdaşları birgə aparılan operativ əməliyyat tədbirləri
nəticəsində
DTX-nin Rüşvətxorluqla Mübarizə Agentliyi və Tbilisi Şəhər Meriyasının Daxili Audit və Monitorinq Xidmətinin əməkdaşları birgə aparılan operativ əməliyyat tədbirləri nəticəsində
Xarici İşlər Naziri Davit Zalkaliani bildirib
ki, Davit Qarecin monastırlarından birində Azərbaycan tərəfindən
başlanılan işlərlə bağlı indi yayımlanan məlumatı
yoxlayırlar.
Xarici İşlər Naziri Davit Zalkaliani bildirib ki, Davit Qarecin monastırlarından birində Azərbaycan tərəfindən başlanılan işlərlə bağlı indi yayımlanan məlumatı yoxlayırlar.
Gürcüstanın keçmiş prezidenti Mixeil
Saakaşvili və onun vəkili Ruslan Çernolutski Ukrayna prezidenti
Vladimir Zelenskinin administrasiyasından
Saakaşviliyə
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili və onun vəkili Ruslan Çernolutski Ukrayna prezidenti Vladimir Zelenskinin administrasiyasından Saakaşviliyə