Qardabani meri bakalavr dipomunu 18 ilə alıb

Qardabani meri Ramaz Budağaşvili 18 il tələbə olub. Bu haqda “İnfo Rustavi” yazır.


Ramaz Budağaşvilinin diplomunun surəti yayımlanır. Sənəddə qeyd olunub ki, 1987-ci ildə Ramaz Budağaşvili Gürcüstanın Texniki Universitetinin Avtomobillər və Avtomobil Təsərrüfatı fakultəsinə qəbul olub, tam bakalavr kursunu isə 18 ildən sonra 2005-ci ildə bitirib.

2005-ci ildə Budağaşviliyə avtomobillər və avtomobil təsərrüfatı kvalifikasiyası ilə avtomobil nəqliyyat mütəxəssisi üzrə bakalavr dərəcəsi verilib. Qardabaninin indiki meri ixtisasca avtomobil nəqliyyatı üzrə mütəxəssisdir.

18 illik tələbəlik haqqında Budağaşvili media ilə danışmaq istəmədi. Ancaq təsdiq etdi ki, bu həqiqətən də onun dipomunun surətidir.

 

Mənbə: imedinews.ge

 


Print