DİN narkotik vasitələrlə mübarizəni davam etdirir – 10 ayda Ponicalada 192 nəfər həbs olunub
DİN-in mərkəzi kriminal polis departamentinin təşkil olunmuş cinayətlərlə mübarizənin əsas idarəçiliyinin rəhbəri Mamuka Celidzenin brifinqi:
DİN ölkə miqyasında narkotik vasitələrdən qanunsuz istifadəyə qarşı mübarizə aparır. Nazirliyin əməkdaşları son günlərdə aparılan əməliyyat nəticəsində narko cinayətlər aşkarlayıblar, böyük miqdarda narkotik çıxarıblar və çox şəxsləri həbs ediblər.

Mərkəz Kriminal Polis Departamentinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə İdarəçiliyinin əməkdaşları 1977-ci ildə anadan olmuş Z.Q.-nı xüsusən böyük miqdarda narkotik vasitənin əldə edilməsi ittihamı ilə saxlayıb.

Hüquq mühafizəçiləri saxlanılana aid maşının yoxlayışı zamanı xüsusi olaraq qurulmuş gizlin yerdən sübut olaraq müxtəlif növ narkotik vasitələr çıxarıblar. İstintaqın əvvəlcədən olan göstəriciləri ilə çıxarılıb: 6800 həb “ekstazi”, 1 kq “həşiş”, “kokain” və “LSD” həbləri. İstintaq xüsusən böyük miqdarda olan narkotik vasitələri qanunsuz əldə edilməsi faktına dair gedir.

Tbilisi-Rustavi avtomagistralında Kvemo Kartlinin polis departamentinin əməkdaşları tərəfindən aparılan operativ istintaq tədbirləri nəticəsində maşın saxlanılıb. Sərnişinlərin şəxsi yoxlanması zamanı ayaqqabının altından, sübut olaraq 1 kq-a qədər narkotik vasitə çıxarıblar və bu 180 qram heroin təşkil edir.

Cinayət 8-dən 20 ilə qədər və ya həmişəlik azadıqdan məhrum edilməni nəzərdə tutur.

Həmçinin, Tbilisinin Polis Departamentinin və Tbilisi prokurorluğunun əməkdaşları birgə əməliyyat nəticəsində aparılan istintaqla Ponicalada 3, Tbilisidiə vaqzal ərazisində isə 1 nəfər narkotik istehsalçısını saxlayıblar. Onlar tərəfindən törədilən cinayət 6-dan 11 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Hüquq mühafizəçilər Ponicalada narkotik vasitələrə görə 2 nəfəri saxlayıblar və xüsusən böyük miqdarda narkotik maddə çıxarıblar. Həbs olunublar: 1984-cü il təvəllüdlü T.İ. və 1980-ci il təvəllüdlü R.K.

Polis oların şəxsi evlərində axtarış edib, 40 top narkotik vasitə heroin aşkarlayıb. Eləcə də həbs olunanlardan birinə aid olan 4 avtomobil sübut olaraq götürülüb.

Qeyd edilməlidir ki, 2017-ci ilin noyabrından 2018-ci ilin 3 oktyabrına qədər Ponicalada müxtəlif narkotik vasitələrdə görə 192 nəfər saxlanılıb. Onun 13 nəfəri qadın 179 nəfəri kişidir.

Mənbə: police.ge

Print