Etiraz aksiyasına patrul çağırıblar - (VİDEO)
Qori patrul polis ekipajının üzvləri aksiya iştirakçılarını cərimələyib. Bunun səbəbi isə Qori meriyasının binası qarşısına peyin və toxumların atılması olub.

Cərimə protokollarının tərtib olunmasına qədər kiçik hadisə baş verib.

Qori meriyasının hüquqi xidmət nümayəndələri Temur Manvelişvili zibil vedrəsini götürüb və zibili aksiya iştirakçılarının başına töküb.

Etiraz aksiyasının iştirakçıları onların üzvünü fiziki təhqir edən şəxsin də cəzalandırılmasını tələb ediblər.



Biraz sonra gənclər qrupu meriya binasının qarşısına peyin aparıblar və binanın pilləkanlarına töküblər.

Aksiya təşkilatçıları Kote Tavzaraşvilinin istefasını və onlardan üzr istəməsini tələb edirlər. İş 2 gün əvvəl qaçqın məntəqəsində edilmiş bəyanata aiddir.

Orada Qorinin meri Konstantine Tavzaraşvili müharibənin başlamasında gürcü tərəfini günahlandırıb.

Mənbə: qartli.ge

Print