İstintaq Xidməti dövlətə məxsus əmlakını aldatma yolu ilə mənimsəmə faktına görə üç nəfəri məsuliyyətə cəlb edib
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində külli miqdarda dövlət əmlakını saxtalaşdırma yolu ilə mənimsəmə faktına görə bir şirkətin iki rəhbərini və Dmanisi bələdiyyəsinin keçmiş əməkdaşını cinayət məsuliyyətinə cəlb edib.
İstintaq nəticəsində müəyyən olub ki, həmin şirkət Dmanisi bələdiyyəsi tərəfindən təşkil olunmuş tenderdə qalib gəlib. Ümumi dəyəri 546 882 lari olan həmin tenderin tələblərinə əsasən şirkət dörd obyektin təmir-bərba işlərini həyata keçirməli imiş.

Müttəhimlər qanunsuz olaraq maddi gəlir əldə etmək məqsədilə müqavilə ilə öhdəliklərinə düşən işlərə laqeyd yanaşaraq, işləri keyfiyyətsiz şəkildə həyata keçiriblər. Bundan əlavə işlərin tamamlanması ilə bağlı sənədlərdə süni olaraq görülən işlərin həcmini artıq yazıblar. Bu hərəkətləri ilə cinayətə qarışmış şəxslər qanunsuz olaraq ümumilikdə 143 451 lari mənimsəyiblər.

İstintaq həmçinin müəyyən edib ki, Dmanisi bələdiyyəsinin işlərin gedişinə nəzarət edən keçmiş əməkdaşı yerinə yetirilmiş işlərə müvafiq nəzarəti həyata keçirməyib və bununla da müttəhimlər tərəfindən dövlətə məxsus vəsaiti aldatma yolu ilə mənimsənilməsinə şərait yaradıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin üçüncü hissəsi ilə davam edir. Həmin maddə 6 ildən 9 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Mənbə: is.ge

Print