Qardabanidə istilik elektrik stansiyasının tikintisində çalışan
fəhlələr etiraz aksiyası keçirirlər. Aksiya iştirakçıları rəsmi
olaraq əmək müqaviləsi bağlanılmasını və iş şəraitinin
yaxşılaşdırılmasını tələb edirlər.
Hal-hazırda etiraz aksiyasına görə, obyektdə işlər qismən dayanıb
və istilik elektrik stansiyasında yalnız Çin vətəndaşı olan işçilər
işləyir.
Aksiya iştirakçıları bildirirlər ki, onların müqavilələri yoxdur,
sığortadan yararlana bilmirlər, obyektdə içməli su, yeməkxana,
tikinti sahəsinə getmək üçün nəqliyyat yoxdur. İnfrastruktur
yaradılmayıb və hətta iş paltarlarını dəyişmək üçün yer belə
yoxdur.
Fəhlələrin dediyinə görə, tikinti obyektində təhlükəsizlik
qaydaları qorunmur. İşə götürən Çin şirkəti ilə dil bilmədiklərinə
görə ünsiyyət qura bilmirlər. Aksiya iştirakçılarının bildirdiyinə
görə, onların tələbləri yerinə yetirilənədək tətilə davam
edəcəklər.
Tətil edən fəhlələrin nümayəndələri rəhbərliklə danışıqlar
aparır.