Tbilisidə ağac dörd avtomobilin üstünə yıxılıb və yol müvəqqəti olaraq bağlanıb
Tbilisidə Şalva Dadiani küçəsində ağacın yıxılması nəticəsində dörd maşın və küçə işıqlarının dirəkləri zədələnib. Bundan başqa yol müvəqqəti olaraq bağlanıb. Hadisə yerinə gedən yanğınsöndürən-xilasedicilər yolu təmizləyiblər və hərəkəti bərpa ediblər.

Fövqəladə Halların İdarəolunması Xidmətindən verilən məlumata görə, hadisə yerinə müvafiq xidmətlə bərabər, iki yanğınsöndürən-xilasedici qrupu da səfərbər olunub. Onların məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Fövqəladə Halların İdarəolunması Xidmətindən verilən məlumata görə, güman ki, ağacın yıxılmasına onun zədəli olmasının səbəb olub.
Mənbə: Netgazeti
Print