CNN - ABŞ Qara Dənizə döyüş gəmisi göndərməyi planlaşdırır
ABŞ Qara Dənizə döyüş gəmisi göndərməyi planlaşdırır. Bu barədə məlumat CNN tərəfindən yayılıb.
Telekanalın məlumatına görə, Amerikalı hərbçilər ABŞ Dövlət Departamentindən Amerika hərbçilərinin Qara dənizə daxil olacağı barədə Türkiyəyə məlumat vermələrini istəyiblər.

Qeyd edək ki, bu hərəkət Qara dəniz bölgəsində Rusiya tərəfindən aparılan, Ukrayna donanmasnına aid gəmilərin və əsgərlərin Kerç boğazında saxlanılması ilə nəticələnən təcavüzkar hərəkətlər fonunda baş verir.

Xatırladaq ki, noyabırın 25-də Rusiya gəmiləri Kerç boğazında iki Ukrayna kateri və bir çəkicini saxlayıblar. Kiyevdən verilən açıqlama da isə gəmilərin bütün normalara uyğun hərəkət etdiyi bildirilib. Lakin “FTB”-nun açıqlamasında isə dənizçilərin təhlükəli manevrlər etdiyini və rus əsgərlərinin onları dayandırmaq üçün atəş açmaq məcburiyyıtində qaldıqlarını bildirilib.

Nəticədə 6 Ukrayna dənizçisi yaralanıb. 24 dənizci isə Rusiya dənizciləri tərəfindən saxlanılıb.

Saxlanılan əsgərlər, Rusiya dövlət sərhədini qeyri qanuni keçməkdə ittiham olunurlar.

Mənbə: İnterPressNews
Print