“Dezertir bazarı”nda mənşəyi məlum olmayan yarım ton ət müsadirə olunub
Milli Ərzaq
Agentliyinin Tbilisi Şəhər Xidmətinin müfəttişləri “Dezertir
bazarı”nda ət satışı ilə məşğul olan obyektlərdə yoxlama
aparıblar.
Agentliyin məlumatına görə, yoxlamalar zamanı aşağıdakı pozuntular
qeydə alınıb: sanitar-gigiyenik normaların pozulması; ətin
saxlanılması və satışı üçün uyğun olmayan şərait; istifadə müddəti
keçmiş müxtəlif növ ətin, o cümlədən at ətinin qanunsuz olaraq
satılması, sağlamlıq haqqında nişanı olmayan ət və s.
Biznesoperatorlara qanunla nəzərdə tutlmuş sanksiyalar tətbiq
olunub.
“Milli Ərzaq Agentliyinin müfəttişləri tərəfindən
mənşəyi məlum olmayan yarım ton ət müsadirə olunub ki, bu da
qanunvericiliyə əsasən məhv edilib.
Bundan başqa, qeyd olunan ərazidə qeyri-mütəşəkkil ticarət – küçə
ticarəti şəraitində tez xarab olan məhsulların satışı faktları da
aşkarlanıb. Milli Ərzaq Agentliyi bununla bağlı Tbilisi meriyasının
bələdiyyə müfəttişliyinə məlumat verib”, – bəyanatda
qeyd olunub.
Agentliyin məlumatına görə, aşkarlanmış pozuntulara görə aşağıdakı
biznesoperatorlar cərimə olunub:
“İberia” MMC, “Orioni” MMC, fərdi sahibkar Vepxvia Sarişvili,
“Dante” MMC, “Leqo 2011” MMC, fərdi sahibkar Bakur Asitaşvili.
Fəaliyyət arealı – “Dezertir bazarı”ndakı tunel adlanan yerdəki ət
satışı obyektləri.