2 mart üçün ulduz falı
Qoç
- yaradıcılıq üçün yaxşı zamandır. Refleksiya, hisslərə qapılmaq
pis nəticələr verə bilər. Sizə təsir etmək istəyən insanın
sözlərinə uymayın, vədlərinə aldanmayın. Ən müxtəlif, hətta
gözlənilməz mənbələrdən informasiya əldə edə bilərsiniz. Günün
ikinci yarısında ailədəki durum yaxınlarınızın əhvalından, onların
emosional durumlarından asılıdır. Sərt sözə aqressiya ilə cavab
vermək optimal davranış deyil. Vacib işə yetərincə diqqət
ayırmamağınız qıcıqlanmaya səbəb ola bilər.
Buğa - maliyyə məsələləri ilə bağlı qayğılarınız arta bilər.
İrəliyə doğru hərəkətinizi əngəlləmək istəyən insanların
qarşısından geri çəkilməyn. Yaxın gələcəklə bağlı planlarınızı
yaxşı tanımadığınız insanlarla bölüşməyin. Köhnə dostlardan birinin
məsləhətindən yararlanın.
Əkizlər - yaxın gələcəklə bağlı strategiyanı hazırlamaq üçün
münasib zamandır. Emosiyalarınıza hakim olun, soyuqqanlı davranın.
İntuisiyanıza güvənə bilərsiniz. Vəziyyəti təhlil edərək
problemlərin həll yollarını arayın. Dəqiq plan hazırlayın.
Xərçəng - planlaşdırdığınızdan artıq maliyyə vəsaiti xərcləməkdən
çəkinin. Kənar şəxslərin problemlərini həll etməli olacaqsınız.
Cərimə və ya cəza istisna deyil. Ehtiyatlı davranın. Sükan
arxasında sayıq olun. Günün ikinci yarısında ailə üzvləri ilə
münasibətlərdə ənənələri pozmayın. Müstəqilliyə can ataraq azadlıq
istəyirsinizsə, başqasının maraqlarını da nəzərə almalısınız.
Prinsiplərinizə xəyanət etməyin.
Şir - yaşanan situasiya planlara ciddi dəyişikliklər tələb edir.
Qəfil yaranmış problemləri dərhal həll etməyə çalışın.
Çətinliklərin həllini təxirə salmayın, əsla ertələməyin. Dost və ya
qohumları yardıma çağıra bilərsiniz. Belədə ən ciddi sədləri dəf
edə bilərsiniz.
Qız - günün ilk yarısından etibarən aktiv çalışsanız, yaxşı
nəticələrə nail ola bilərsiniz. Problemlərin həllində orijinal
metodları seçin. Rutinlikdən uzaqlaşın, başqalarını təkrarlamayın.
Karyera inkişafınızın asılı olduğu insan cəhdlərinizi görəcək,
zəhmətinizi dəyərləndirəcək.
Tərəzi - maraqlandığınız işə, xoşladığınız məşğuliyyətə vaxt
ayırmaq üçün münasib zamandır. Yaşama fəlsəfi yanaşmayın. Qarşınıza
qoyduğunuz məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edə
bilərsiniz. Enerji potensialınız yüksəkdir. Adi saydığınız işləri
qulaqardına vurmayın.
Əqrəb - baş verən olayları yanlış anlamayın. Hadisələri olduğu kimi
qəbul edin. Situasiya yaşamın məcrasını kəskin şəkildə dəyişə
bilər. Yeni tanışlıqlara can atmayın. Belə cəhdlərdə pozitiv heç nə
yoxdur. Maliyyə məsələləri ilə bağlı problemlər yarana bilər.
Oxatan - yaxın ətrafınızdakı insanlarla normal əlaqələr qurmağa
çalışın. Haqqınızda deyilənlərə diqqətlə qulaq asın. Yeni
tanışlıqlar üçün yaxşı zamandır. Dostlarla söhbətlərdə səmimi,
tərəfdaşlarla müzakirələrdə sayıq olun. Yeni əlaqələrin yaxşı
perspektivləri var.
Oğlaq - situasiya planlarınızdan da yaxşı ola bilər. Ən çətin
işlərin öhdəsindən gələ biləcəksiniz. Əlverişli şəraitdən
yararlanmağı bacarın. Şansı əldən verməyin. İntuisiyanıza güvənə
bilərsiniz. Dürüst addımlar atmağa çalışın. Günün ikinci yarısında
çözümünü tələb edən məsələləri qulaqardına vurmayın. Zərərli vərdiş
və ya adətlərdən birini unutmaq olar.
Dolça - günün ilk yarısında mövcud problemlərin həllinə başlayın.
Rutin işlər sizi yora bilər. Geri çəkilməyin. Əyləncə və ya
istirahəti unudun. Təcili həllini tələb edən məsələlər var.
Günün ikinci yarısında yaxınlarınız və qohumlarınız xüsusi diqqət
tələb edəcəklər. Onlar sizi uğurları ilə sevindirəcəklər. Axşam
saatları problemlər və qayğılar vəd edir.
Balıqlar - informasiya axtarışı və yeni məlumatların əldə olunması
üçün əlverişli zaman deyil. Dəyərli heç nə tapa bilməyəcəksiniz.
Cari işlərlə məşğul olun. Rutinlikdən qaçmayın.