VİDEO - Qomboridə yol nəqliyyat hadisəsi nəticəsində bir nəfər dünyasını dəyişib
16:34 / 15.03.2019
Qombori-Tbilisi
yolunda baş vermiş yol nəqliyyat hadisəsi zamanı bir nəfər gənc
dünyasını dəyişib.Hadisə Şuamta meşəsi ərazisində baş verib.
Qarşı istiqamətdə hərəkət edən yük maşını “KİA” markalı maşınla
toqquşub və nəticədə minik maşınının sürücüsü dünyasını
dəyişib.
Hadisə yerinə xilasedicilər və polis səfərbər olunub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Cinayət Məcəlləsinin
276-cı maddəsinin 5-ci hissəsi ilə istintaq başlayıb. Həmin maddə
nəqliyyat vasitəsinin hərəkət təhlükəsizliyi və ya istismarı
qaydalarının insan ölümü ilə nəticələnən pozulmasını nəzərdə
tutur.