Bakalavr pilləsinin 3 illik, maqistratura pilləsinin 1 ilə endirilməsi müəyyən edilib, ancaq bu il qüvvəyə minməyəcək
Təhsil, Elm, Mədəniyyət ə İdmn nazirinin müavini İrina Abuladze deyib ki, bakalavr pilləsini 3 ilə, maqistratura pilləsini isə 1 ilə qədər azaldacaq qısa silsilə proqramlar qanun əsasında artıq təsdiqlənib. Ancaq onun qüvvəyə minməsi bu il olmayacaq.

Qeyd olunan dəyişiklik haqqında hələ 2018-ci ildə danışıqlara başlanılıb.

“Qanun əsasında bu artıq müəyyən edilib, ancaq qısa silsilə proqramların həyata keçirilməsi həmçinin, peşəkarlıq əsasında iki illik peşə təhsili istiqamətində qüvvəyə minməsi üçün xarici ekspertlərlə, keyfiyyətin inkişafı mərkəzi ilə danışıqlar gedir. Xatırladaq ki, Gürcüstanın təhsil keyfiyyəti istiqməti beynəlxalq qiymətləndirmədən keçir. Nəticələri gözləyirik və müvafiq olaraq bundan sonra təhsil sistemimizə daxil edəcəyimiz dəyişikliklərlə bağlı proseslər planlaşdırılacaq. Bu il qüvvəyə minməyəcək və indiki mərhələdə konkret aid olmayacağı fakültələri də bilmirik” – İrina Abuladze bildirib.

Onun qeyd etdiyinə görə, tezliklə yeni milli kvalifikasiya çərçivəsi qüvvəyə minir və onun təsdiqlənməsindən sonra ekspertlərlə razılıqla tövsiyyələr işləniləcək ki, hansı fakültələr qısa silsilə proqramları ilə kvalifikasiya qazanmağa tabe olcaq.

Mənbə: edu.aris.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები