İstintaq xidməti başqasının mülkünü aldatmaqla mənimsəmək faktı ilə bağlı iki nəfəri saxlayıb
12:56 / 11.04.2019
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq
xidməti DTX-nin rüşvətə qarşı Agentliyi və Milli Ərzaq Mühafizəsi
Agentliyi ilə əməkdaşlıq nəticəsində aparılan
operativəməliyyat tədbirləri və istintaq fəaliyyəti
nəticəsində əvvəlcədən razılaşılmış qrup tərəfindən başqasının
mülkünü aldatmaq mənimsəmək faktı ilə bağlı iki nəfəri
saxlayıb.
İstintaq müəyyən edib ki, müttəhimlər müxtəlif regionlarda, ucuz
qiymətə at və eşşək əti alırlarmış və Tbilisi şəhərində yerləşən
“Bioni” obyektinə daşıyırlarmış. Hər hansı qeydiyyatdan kənar və
sanitar normaları qorumadan at və eşşək ətini çəkirlərmiş və sonra
bazarlara və müxtəlif qida obyektlərinə mal əti adı ilə istifadəyə
verirlərmiş.
İstintaq nəticəsində bazarlarda, eləcə də bir neçə obyektdə böyük
miqdarda ər aşkarlanıb. Ekspertizanın nəticəsinə əsasən at və eşşək
əti tərkibi müəyyən edilib. Eləcə də “Bioni” də at və eşşək əti
aşkarlanıb.
İstintaq Gürcüstan CM-nin 180-ci maddəsinin ikinci hissəsi ilə
aparılır. Maddə 4-dən 7 ilə qədər azadlıqdan məhrum edilməni
nəzərdə tutur.