Facebook, Instagram və Whatsapp-da problemlər yaranıb
Bugün, aprelin 14-də sosial şəbəkələr olan Facebook (messenger daxil olmaqla) Instagram və Whatsappa işində ciddi problemlər yarnıb.

Problemlər bu gün 14:40-dan başlayıb. İstifadəçilər sosial şəbəkənin nə mesaj xidmətindən, nə də əlavələrindən istifadə edə bilir.

Yaranan problemlər mobil tətbiqlərdə də baş verib.

Bu barədə populyar internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidmətinin səhifəsində məlumat yer alıb.

Bildirilir ki, bir çox ölkələrdə istifadəçilər Facebook, Whatsapp və Instagram-dan istifadə edə bilmirlər.

Ən çox Britaniya, Fransa, İtaliya, Yunanıstan və Çexiyadakı istifadəçilər şikəyət edirlər.

Qeyd edək ki, Gürcüstanda da bəzi istifadəçilər hazırda Facebook,Whatsapp və Instagram-ın xidmətlərindən yararlana bilmir.

Yaranan problem haqda hələ ki, şirkət tərəfindən rəsmi olaraq heç bir məlumat verilmir.heç bir rəsmi bir məlumat verilmir.
Print