8 ay ərzində məktəblərdə 2 mindən çox mübahisə halları qeydə alınıb, onun 374 halında polis çağırılıb
2018-ci ilin 17 sentyabrından 2019-cu ilin aprel ayına qədər ictimai məktəblərə 374 halda polis çağırıblar.
İPN-ə Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən veirlən məlumata görə, mandatur olan məktəblərdə yeniyetmələr arasında 2 396 mübahisəli vəziyyət (şifahi və fiziki təhqir) baş verib.

Onların məlumatına görə, 2018-ci ilin 17 sentyabrından 2019-cu ilin aprel ayına qədər ictimai məktəblərdə ümumilikdə 66 minə qədər pozuntu aşkarlanıb. Bunun 64 780 halı intizam pozuntusudur.

“252 halda dərsdə şagird tərəfindən mobil teelfondan istifadə, 7184-dərsdən qaçmaq, 4504 şagird tərəfindən dərsi pozmaq və ya pozmağa cəhd etmək, 42 803 şagirin səhər gecikməsi, 10 037 şagirdin dərs prosesinə gecikməsi halı aşkar edilib” – İPN-ə verilən məlumatda qeyd olunub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google