Giorgi Qaxariya Pankisi əhalisinə: Polisə daş atıbsınız, bizə nə deyə bilərsiniz?
“Polisə daş atıbsınız, bizə nə deyə
bilərsiniz” – Pankisidə qarşıdurma yerinə getmiş Qaxariya yerli
əhaliyə belə müraciət edib.
Dİ
nazirinin bəyanatına görə hər bir adamın hüququ qorunmalıdır və
həmçinin, bu yalnız əhaliyə aid deyil, polisə və hesin tikintisində
işlə təmin olunan fəhlələlərə də aiddir. Yerində əlavə qüvvələrin
toplanması niyə vacib olub sualına cavab olaraq Dİ naziri bildirib
ki, bu yalnız vəziyyət gərginləşdikdən sonra olub.
“İndi oturmalıyıq və hansısa arqumentiniz və ya sözünüz
varsa buradayq. Nə qədər istəyirzini o qədər danışaq. Heç kim heç
bir halda hansısa Gürcüstan vətəndaşının hüququnun pozulmasına yol
verməyəcək. Nə sizin, nə formalıların nə də ki, inşaatçıların. Amma
bununla bağlı danışmalıyıq və həll etməliyik. Belə olmaz. Əlavə
qüvvələrin gətirilməsi konflikt kəskin fazaya daxil olanda lazım
oldu” – Giorgi Qaxariya bildirib.
Mənbə:
rustavi2.ge