“Orada gücdən istifadə edənə kimi iki dəfə düşünün...Çox təhlükəli əraziyə daxil olursunuz” – Mixeil Saakaşvili Pankisi hadisələrinə rəy bildirib
Pankisidə gedən hadisələrə Gürcüstanın üçüncü prezidenti rəy bildirib. Mixeil Saakaşvili hakimiyyəti dərə əhalisinə qarşı güc istifadə etməməyə və masa arxasına oturub söhbət etməyə çağırıb. Saakaşvili bildirib ki, Pankisi sakinlərinin tələbini dəstəkləyir və dərədə hes tikilməməlidir. O, eləcə də əhalini maksimum dərəcədə sakitliyi qorumağa çağırıb.

“Onların hesin tikildiyi yerdə tikilməməsi ilə bağlı tələbi tam ədalətlidir, çünki həmin hes onların yaşayış mühitinə, iqtisadi perspektivlərə ölüm təhlükəsi yaradır və mən Gürcüstan hakimiyyətinə demək istəyirəm ki, orada gücdən istifadə edənə, xüsusui təyinatlıları göndərənə qədər iki dəfə düşünün. Mən başa düşürəm siz bu hesləri niyə tikirsiniz, çünki bu İvanişvilinin şəxsi maraqlarıdır, Kaladzenin şəxsi marağıdır. Ancaq bu Gürcüstanın marağı deyil. Gürcüstanda başqa bir çox yerlərdə hes tikmək olmaz, ancaq çünki Gürcüstanın əsas gəlir yeri turizmdir və həmin turizmlə xalq özünü dolandırır. Bu turizm son illərdə yarandı və indi bunun da böyük təhlükəsi olacaq. Mən Pnakisili bacı və qardaşlarıma demək istəyirəm ki, maksimum dərəcədə sakitliyi qorusunlar. İndi dialoq mütləq vacibdir. Gürcüstan hakimiyyətinə nəhayət ki, sağlam fikir bildirdiniz və öz sakinlərinizlə və onların liderləri ilə birgə dialoq masasında oturun. Dərhal Malxaz Maçalikaşvilini azad edin, çünki belə metodlarla siz xalqı dayandıra bilməyəcəksiniz. Bu çox diqqətli mövzudur və siz çox təhlükəli əraziyə daxil olursunuz. Çünki burada çox maraqlar bir-birinə bağlanıb və bu bizim dövlət maraqlarımıza problem yaradır. Ona görə də indi dialoqun alternativi yoxdu” – Saakaşvili bildirib.

Mənbə: rustavi2.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google